Hakim “ofsayda düşdü”

14.06.2026 16:24 13
Dünya futbolu
Maykl Oliver böyük bəxtsizliklə üzləşib.

"Football-plus.az" xəbər verir ki, ingiltərəli hakim zədə səbəbindən dünya çempionatında idarə etməli olduğu ilk matçı buraxacaq. E qrupunda Kot d'İvuar - Ekvador oyununa təyinat alan Oliveri fransalı həmkarı Fransua Letesye əvəz edəcək. FİFA-nın yaydığı məlumatda Oliverin zədəsinin ciddi olmadığı, təcrübəli referinin yaxın günlərdə tam bərpa olunaraq yenidən oyunlara təyinat alacağı bildirilib.

Oliver 2010-cu ildən İngiltərə premyer-liqasının matçlarını idarə edir. O, 2018-ci ildə UEFA-nın elit hakimlər siyahısına daxil edilib.