Liverpuldan Londona yollandı

25.06.2026 22:50 19
Dünya futbolu
Endryu Robertsonun yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, o, bundan sonra da İngiltərə premyer-liqasında çıxış edəcək.

“Liverpul”dan ayrılan şotlandiyalı müdafiəçi “Tottenhem”lə anlaşıb. Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu yeni komandasına iyulun 1-də qoşulacaq.

Endryu “Liverpul”da 2017-ci ildən çıxış edirdi. O, son mövsüm qırmızı formada keçirdiyi 36 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.