Premyer-liqanın ən pis rəmzi komandası açıqlandı

26.05.2022 10:30 614
Dünya futbolu
ESPN nəşri İngiltərə çempionatında 2021/22 mövsümünün ən pis oyunçulardan ibarət rəmzi komandasını hazırlayıb.

"Football-plus.az" xəbər verir ki, "11-lik"də “Mançester Yunayted”in 6, "Çelsi"nin 3, "Lids" və "Arsenal"ın isə hərəyə 1 futbolçusu yer alıb:

Qapıçı: Kepa Arrizabalaqa ("Çelsi")

Müdafiəçilər: Aaron Van-Bissaka, Rafael Varan, Harri Maquayr (hamısı "Mançester Yunayted"), Junior Firpo ("Lids")

Yarımmüdafiəçilər: Pol Poqba, Bruno Fernandeş (hər ikisi "Mançester Yunayted"), N'Qolo Kante ("Çelsi")

Hücumçular: Markus Reşford ("Mançester Yunayted"), Romelu Lukaku ("Çelsi"), Aleksandr Lyakazet ("Arsenal").

Xatırladaq ki, "Mançester Siti" Premyer Liqanın çempionu olub. İkinci yeri "Liverpul" tutub. İlk üçlüyü “Çelsi” bağlayıb. “Mançester Yunayted” Premyer Liqanı 6-cı pillədə başa vurub.