Avstraliyanın Adelaida şəhərində keçirilən ATP səviyyəli tennis turniri başa çatıb.
642735 dollar mükafat fonduna malik kişilər arasında yarışın finalında Novak Cokoviçlə Sebastyan Korda qarşılaşıb. Amerikalı ilk setdə qalib gəlsə də, serb ulduz oyunun axarını dəyişməyi bacarıb.
final
Novak Cokoviç (Serbiya, 1) – Sebastyan Korda (ABŞ) 6:7 (8:10), 7:6 (7:3), 6:4
826837 min dollar mükafat fonduna malik qadınlar arasında turnirin finalında Arina Sobolenko ilə Linda Noskova qarşılaşıb. Qələbəni belaruslu tennisçi bayram edib.
final
Arina Sobolenko (Belarus, 2) – Linda Noskova (Çexiya) 6:3, 7:6 (7:4)