• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Coy-Lens Mikels yox, xain Mikels!

Manşet / Yazarlar

10-08-2023, 01:0

Coy-Lens Mikelsin “Sabah”ı dünən, bu gün və ya “Partizan”la oyunlardan sonra tərk etməsi arasında heç bir prinsipial fərq yoxdu.

Əvvəla adam Avropa klubuna keçmir ki, qitə kuboklarının hansısa mərhələsində yeni komandasına yardım etmək imkanına görə qayğılansın. İkincisi, Avropanın əksər ölkələrindən fərqli Səudiyyə Ərəbistanında “transfer pəncərəsi” hələ sentyabrın 20-dən bağlanacaq, bu mənada da tələsməyin yeri yoxdu.

Coy-Lens durdu-durdu, 4 gün davam edən hoqqabazlığı ən inanılmaz şəraitdə, ən həlledici məqamda başa vurdu. Heç şübhəsiz, bu müddətdə klub prezidenti Maqsud Adıgözəlovla da görüşdü, “məni buraxmasaz, “Partizan”a qarşı oynamayacam” tipli şantajı da ortaya atdı, nəhayət, Murad Musayevin mətbuat konfransına 10 dəqiqə qalmış, deməli, həm də “Partizan”la oyun üçün start heyətinin müəyyənləşməsinin tam ərəfəsində iki ayağını bir başmağa dirədi ki, mən sabah oynamayacam! Bunun adı xəyanətdi, düppədüz, dupduru xəyanət!

Kaş ötən əsrin 90-cı illərinə qayıda biləydik, mən beləsini böyük məmnunluq hissi ilə Nofəl Əzizova verərdim, deyərdim ki, apar bunu, müəyyən yerlərdə başa sal. Amma indi 2023-dü. Artıq əski yollar işləmir, yeni metodlara və üsullara söykənmək lazımdı. Zarafat bir yana, məsələnin ciddi tərəfinə keçdiksə, Mikelsin ərəblərlə izdivacı aktuallaşan gündən məni düşündürən yalnız “Sabah”ın “Partizan”la oyunlarının perspektividi. Yəni almaniyalı yarımmüdafiəçi/hücumçu heyətdə olduğu təqdirdə “tələbələr”in bu mərhələni keçmək şansı ən azı 10 faiz artacaqdı. Amma o xain oynamaq istəmədi, “Sabah”ın kürəyinə xəncəri Masazırda necə sapladısa, mən akademik Ələşrəf Əlizadə küçəsində onun ağrısını hiss etdim!
Bu məsələdə anlaşılmaz məqam o qədər çoxdu ki, adam heç bilmir hansının başına ip salsın. Gah deyirlər Mikelsin müqavilə müddəti 2024-ün yayına qədərdi, gah da deyirlər 2025-in yayına qədər. Və ya deyirlər ki, futbolçu müqaviləsində göstərilən sərbəstqalma məbləğini ödəməklə “azadlığa çıxa bilər”, bir neçə saatdan sonra aydın olur ki, həmin pulu ərəblər ödəyəcək, amma hissə-hissə. Bir qədər sonra Mikelsin öz dedikləri ortaya çıxır ki, yaxşı, “Sabah”da qalıram, amma pulumu artırsınlar. Kəsəsi, Coy-Lens Mikelsin burdan gedişi heç də xoş olmayacaq, nə insani münasibətlər, nə də pul söhbətləri baxımından. Ən nəhayət, Murad Musayevin son mətbuat konfransının stenoqramını oxuyanda diqqətimi çəkən bir məqamı da bölüşmək istəyirəm. “Bacardığım qədər onun qərarına təsir etməyə çalışdım. Bundan artıq heç nə edə bilmərəm. Siz dediyiniz məsələyə (Mikelsin “Sabah” maaşımı qaldıracağı halda komandada qala bilərəm” ifadəsini nəzərdə tutur – müəl.) gəlincə, bu barədə rəhbərlikdən kimsə danışmalıdı” deyən Murad Musayev bir məşqçi kimi nə qədər peşəkardısa, “Sabah”ın taleyinə də bir o qədər biganədi. Söhbət məndən – həftədə bir dəfə “Bank Respublika Arena”nın yaxınlığında həvəskar səviyyədə futbol oynayan Orxandan getmir e, Murad Oleqoviç, komandanın əsas ulduzundan gedir.

Nə deyirəm, keçmiş olsun, keçmiş olsa da belə, yaxşı keçmiş olmadı. Belə önəmli məqamda komandasına, çörək yediyi təknəyə xəyanət edən adam isə gec-tez cəzasını alacaq. “Sabah” da bacarmasa, İlahi Ədalət deyilən bir gözəgörünməz güc var!

ORXAN

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

8-08-2023, 14:0

Mikels “Sabah”ın məşqlərinə qatılmır?

Ölkə futbolu / Manşet

8-08-2023, 12:0

Ponomaryov: “Mikels "Sabah"dan getmək fikirində qətidisə, biz nəsə edə bilmərik”

Premyer-liqa / Manşet

6-08-2023, 15:0

Mikels hələ Bakıdadı, ancaq...

Premyer-liqa / Manşet

28-01-2023, 16:0

Coy-Lens Mikelsin niyə deyiləcək sözü yoxdu?

Premyer-liqa / Manşet / Yazarlar

6-08-2023, 13:0

“Bakılı balası” idi, olacaq ərəbin...

Premyer-liqa / Manşet

14-02-2023, 18:0

Coy-Lens Mikelsin “Qarabağ”la oyunda erkən əvəzlənməsinin səbəbi - AÇIQLAMA

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 206
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 174
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə