• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi seriala çəkildi

Dünya futbolu

5-07-2023, 22:0

Lionel Messi karyerasını Amerikada davam etdirmək qərarına gələndən sonra populyarlığını bir qədər də artırıb. Ulduz futbolçu ilə bağlı son xəbərləri nəzərinizə çatdırırıq.

“Football-plus.az” xəbər verir ki, əvvəlcə onun Liqa 1-də 2022/23 mövsümünün ən yaxşı əcnəbi futbolçusu seçildiyini bildirək. Bu barədə turnirin “tvitter” səhifəsi məlumat yayıb. Qeyd edək ki, argentinalı hücumçu ötən mövsüm PSJ-nin formasında Liqa 1-də 32 matça çıxıb, 16 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
İyunda azad agent kimi Paris klubundan ayrılan Messi daha bir nominasiyanın qalibi olub. O, Çempionlar Liqasının 2022/23 mövsümünün ən baxımlı qolunun müəllifi kimi mükafat qazanıb. Bu nominasiyada Lionelin PSJ-nin heyətində “Benfika”ya vurduğu qol qalib gəlib. Azarkeşlər UEFA-nın saytında keçirilən sorğuda bu qola daha çox səs veriblər. Argentinalı hücumçu qrup mərhələsinin 3-cü turunun Lissabinda keçirilən oyununun (1:1) 22-ci dəqiqəsində qapıya yol tapmışdı. O, digər nominantları – ilk yarımfinal matçında (1:1) “Mançester Siti”yə qol vuran “Real”ın vingeri Vinisius Junioru və MS-nin formasında sabiq komandası Dortmund “Borussiya”sı ilə qrup oyununda (2:1) fərqlənən Erlinq Holannı arxada qoyub.
Ötən ay “İnter Mayami”yə keçən Messinin yeni klubunda nə qədər qazanacağı məlum olub. Bunu ABŞ klubunun prezidenti Xorxe Mas açıqlayıb. O, “El Pais” qəzetinə belə deyib:

“Müqaviləyə əsasən, Leo ildə təxminən 46-55 milyon avro qazanacaq. Onunla danışıqlar aparmaq üçün çox vaxt sərf etdik. Mən onun atası Xorxe ilə həmişə əlaqə saxlayırdım. Devid Bekhem (klubun həmsahibi - red.) Leo ilə sırf futbolla bağlı dialoq aparıb, çünki özü də vaxtilə peşəkar oyunçu olub. Heç kim Messiyə təzyiq etmək istəmirdi. Ona görə də biz onunla Barselonada, Mayamidə, həmçinin Rosario və Dohada danışdıq. Dünya çempionatı boyunca Argentina millisinin və Messinin oyununu diqqətlə izləmişdim”.


“İnter Mayami”nin dünya çempionu ilə 3 illik müqavilə bağladığı haqda xəbərlər yayılmışdı. Artıq yaşıl meydanda arzuladığı bütün titullara sahib olan Messi özünü aktyor kimi sınayıb. O, Argentina teleserialının “Los Protectores” seriyasında rol alıb. Öz rolunu oynayan futbolçunun olduğu səhnədə argentinalı və kolumbiyalı aktyorların oynadığı başqa üç personaj, futbol agentləri var. Messi komediya səhnəsinin əsas obyektidi. Çünki agentlər onunla 36 yaşlı futbolçunun hər gün fərqli bir divizionda fərqli bir klubda oynayacağına imkan verəcək bir iş müqaviləsi bağlamağa çalışırlar.

Lionellə bağlı digər məlumatı Xuan Laporta yayıb. Sən demə, “Barselona” sabiq futbolçusuna hələ də maaş ödəyir. İspaniya klubunun prezidenti Xuan Laporta “Mundo Deportivo”ya açıqlamasında belə deyib:
“Biz Lionel ilə əla bir şəkildə vidalaşacağıq. Bunu yeni “Nou Kamp”ın açılışında etmək ideal olardı. Biz ona 2025-ci ilə qədər maaş verməliyik, çünki əvvəlki rəhbərliyin dövründə ona çatmalı olan məvacibini təxirə salmışdı”.


Qeyd edək ki, Messi koronavirus pandemiyası zamanı – 2020-ci ildə kluba dəstək olmaq məqsədi ilə maaşının azaldılmasına razılaşmışdı. O, məvacibinin bir hissəsini qarşıdakı illərdə alacağını gözləyirdi. Amma 2021-ci ildə “Barselona” ilə müqaviləni yeniləyə bilmədiyi üçün komandadan azad agent kimi ayrılaraq PSJ-yə keçmişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-07-2023, 19:0

Azarkeşlər Messinin qolunu bəyəndilər

Dünya futbolu

25-10-2022, 13:0

Messi hamını qabaqladı

Dünya futbolu

21-10-2022, 09:0

Messi ən yaxşı oldu

Dünya futbolu

19-09-2022, 10:0

Messi Ronaldonu geridə qoydu

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 157
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə