"Football-plus.az" xəbər verir ki, mükafatı ona Uels şahzadəsi Uilyam təqdim edib. Beyl futboldakı və xeyriyyəçilik sahəsindəki fəaliyyətinə görə ordenə layiq bilinib. O, “Real”la 17 kubok qazanıb, 5 dəfə (2014, 2016, 2017, 2018, 2022) Çempionlar Liqasının qalibi və 3 dəfə (2017, 2020, 2022) İspaniya çempionu olub. Qaret karyerası ərzində “Tottenhem” və “Sauthempton”da da oynayıb. Bu ilin yanvarında peşəkar futboldan ayrılan Beylin sonuncu klubu “Los Anceles” olub.
O, sosial şəbəkə hesabında dövlət tərəfindən təltif olunması haqda belə yazıb:
“Uels şahzadəsindən Britaniya İmperiyası ordenini almaq mənim üçün böyük şərəfdi. Mənim üçün çoxlu inanılmaz və ruhlandırıcı adamların əhatəsində çox xüsusi bir səhər oldu”.



