Messi hamını qabaqladı

25.10.2022 13:04 501
Dünya futbolu
Fransa çempionatında sentyabrın ən yaxşı oyunçusu müəyyənləşib.

Football-plus.az xəbər verir ki, bu nominasiyanın qalibi PSJ-nin hücumçusu Lionel Messi olub.

Argentinalı futbolçu azarkeşlər arasında keçirilən sorğuda 57 faiz səslə 1-ci yeri tutub. O, ötən ay Liqa 1-də meydana çıxdığı 3 oyunda 1 qol vurmuş və 3 məhsuldar ötürmə vermişdi. 35 yaşlı futbolçu bu mövsüm Paris klubunda ümumilikdə 15 oyuna çıxıb, 9 qol vurub və 10 məhsuldar ötürmə edib.
Sorğuda Messidən sonrakı iki yeri Danqo Uattara (“Loryan”, 31 faiz) və Conatan Devid (“Lill”, 12 faiz) tutublar.

Xatırladaq ki, avqustda Liqa 1-in ən yaxşı oyunçusu Neymar (PSJ) seçilmişdi.