Çempionlar Liqasının 2022/23 mövsümünün ən baxımlı qolu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Lionel Messinin PSJ-nin heyətində “Benfika”ya vurduğu qol qalib gəlib.
Azarkeşlər UEFA-nın saytında keçirilən sorğuda bu qola daha çox səs veriblər.
Argentinalı hücumçu qrup mərhələsinin 3-cü turunun Lissabinda keçirilən oyununun (1:1) 22-ci dəqiqəsində qapıya yol tapmışdı.