• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi yenə Ronaldonu arxada qoydu

Dünya futbolu

14-06-2023, 23:0

Lionel Messinin bu yayla bağlı epopeyası çox tez bitdi.

"Football-plus.az" xəbər verir ki, PSJ-yə keçiddən fərqli əks istiqamətdə hərəkət sakit keçdi – argentinalının Parisdən gedəcəyi elan olundu, o, həqiqətən getdi və dərhal da “İnter Mayami”yə üz tutdu. Elə həmin parislilərdən fərqli amerikalılar bu keçid ətrafında hədsiz səs-küy salmadılar. “İnter Mayami” sosial şəbəkədə bir paylaşımla kifayətləndi.

Messinin bununla bağlı dediklərindən xəbərdarsız. Qəzetimizin ötən sayında onun geniş müsahibəsindən fraqmentlərə yer vermişdik. Dediklərindən belə çıxır ki, çox istəsə də, “Barselona”da olmayacaq, ailə rahatlığı axtarışı ilə Amerikanı seçib. Təbii ki, yaşlı futbol ulduzu üçün əla seçimdi. Və ən azı əbədi rəqibi ilə müqayisədə daha yaxşı seçim edib. Leo və Kriştiano karyerasının sonunda praktiki cəhətdən eyni vəziyyyətdə oldu – onların gedə biləcəyi yerlərin sayı o qədər də çox deyildi. Həm birinə, həm də digərinə Avropa karyerasını davam etdirmək çətin idi – ikisinin də nəhəng karyerası, böyük maaşı və özünəməxsus tələbləri var. Və yol ayrıcında qalan ulduzlar diametral əks qərarlar verdi.

Ronaldo bacardığı qədər müqavimət göstərdi, ancaq hər halda, təqaüd vaxtında “bataqlıq” çempionatın bahalı oyunçusuna çevrildi – idman karyerasını davam etdirmək (və ya bitirmək baxımından) yaxşı seçim olmadı. Biz artıq onlarla belə son görmüşük. Çində və ya Yaxın Şərqdə olmasının fərqi yoxdu – belə son eyni dərəcədə qəribədi. Futbolçu zəif çempionata, futbol mədəniyyəti olmayan ölkəyə yollanırsa, xanımı və uşaqları ənənəvi həyat tərzini radikal şəkildə dəyişməyə məcbur olursa, bu dərhal “oxunur”. Futbolçu, ailə xoşbəxt olduğunu deyə bilər, amma işin əslində belə deyil. Təəssüf ki, Kriştiano məhz bu yolu seçdi. Bəlkə də başqa ssenarilər, sadəcə, yox idi. Ancaq portuqaliyalı buna görə ilk növbədə özünü, daha dəqiqi, Pirs Morqana verdiyi qalmaqallı müsahibəni günahlandırmalıdı.

Messidə bu baxımdan vəziyyət fərqlidi. Geniş seçim imkanı olan argentinalı üçün bu variantlar var idi:
- Ronaldonun variantı;
- “Barselona”da gözəl son;
- MLS-ə yollanmaq.

“Barsa”ya dönüşün alınmamasının səbəblərini Leo İspaniya mediasına müsahibədə izah edib – “göy-qırmızılar” buna yüzfaizlik təminat verməyib, üstəlik bu dönüşdən əziyyət çəkənlər olacaqdı. Kimlərinsə maaşı azalacaqdı, kimlərsə satılacaqdı – Messi bunu istəmədi və imtna etdi.

“Ronaldo variantı” ilə MLS arasında seçimə gəlincə, hər şey aydındı və ortadadı. Birincisi, Leo yuxarıda xatırlatdığımız müsahibədə ailənin rahatlığı haqda çox danışıb. O, bu məqama xüsusi dəyər verir, Parisdə yaxınlarının aylarla oteldə qalmağa məcbur olmasından yana-yana danışır. Atlantik okeanının sahillərində rahatlıq hər şeydən öndə gəlir. Üstəlik Birləşmiş Ştatlarda geyim forması və qadınların davranışı baxımından məhdudiyyətlər yoxdu. Belə durumu Ronaldonun Səudiyyət Ərəbistanında düşdüyü mühitlə müqayisə edin.

İkincisi, rahatlığı mötərizə arasında saxlayıb işin yalnız idman tərəfinə baxsaq, burda da Messinin seçimi daha uğurlu görünür. Ona görə ki, MLS istənilən ərəb liqası ilə müqayisədə daha cəlbedicidi.

Kriştiano obrazlı desək, “şeyxləri əyləndirmək” üçün getdi. Portuqaliyalının iddiasının əksinə, Səudiyyə Ərəbistanı çempionatı “yeni elit çempionat” olmayacaq. Belə proses yaşlı əfsanələrin çiyinləri üzərində gedə bilməz. Bunun üçün kompleks işlər lazımdı. Veteranlar bu işə müəyyən töhfə verə bilər – vəssalam. Hələ ki Səudiyyə ərəbləri PSJ üslubu ilə gedərək ulduzları pula tuturlar. Nə vaxtsa bu proses dayanacaq və pro-liqa təbii vəziyyətinə qayıdacaq, ona görə ki, fundamental şəkildə heç nə dəyişməyib. Və çətin ki, dəyişə.

Messi isə MLS-ə ABŞ futbolu üçün əla dönəmdə yollanır – layihə sürətlə inkişaf edir, telemüqavilələrin həcmi də paralel şəkildə böyüyür, yerli futbol çempionatı azarkeşlərin sayına görə MHL-i arxada qoyub, tezliklə beysbolu da yerindən tərpədəcək, “köhnə qitə”nin bir çox istedadı həvəslə ora yollanır. Leo isə bütün bu prosesə daha bir impuls verəcək. Özü də güclü impuls.

Bəli, ABŞ klubları hələ ki öz regonunda dominantlıq etmir. Yerli Çempionlar Liqasında bu rol Meksikaya məxsusdu. Ancaq belə deyək: Amerikanın daxili idmanı, hər halda, öz ölkəndə qələbə deməkdi. Hələ ki MLS-i qazanmaq KONKAKAF kubokunu qazanmaqdan daha dəyərlidi.

Leo İspaniya mediasına müsahibədə deyir ki, pul istəsəydi, Səudiyyə Ərəbistanına yollanardı. Argentinalı bu məqamda yalan deyir – az qala bütün dünyanın imtina etdiyi ulduzu amerikalılar maaş baxımından incitməyəcək. “İnter Mayami”nin maaşı öz yerində, Messi MLS-in tərəfdaşlarından, “Apple” və “Adidas” şirkətlərindən də pul alacaq. Yeri gəlmişkən, bunlar konkret məğbləğ deyil, faizdi. Yəni Leo müxtəlif təyinatlı ödənişlərlə Kriştianodan da artıq qazana bilər.

Bax, beləcə maraqlı həyat hekayəsi alınır. Bir əfsanəvi futbolçu karyerasını Yaxın Şərqdə - antifutbol mühitində başa vurur, oranın milli geyimlərini geyinir və xanımını da buna məcbur edir, ancaq nəhəng müqavilə alır. Onun kampaniyasında Hamşik, Halk, Paulinyo var. Benzema, Kante, Səudiyyə Ərəbistanı hökumətinin cəlb edə biləcəyi bəzi başqa ulduzlar da yoldadı.

Digər əfsanəvi oyunçu isə Mayamiyə, inkişaf etməkdə olan çempionata, növbəti dünya çempionatının təşkilatçısı olan ölkəyə yollandı və bu sənayenin başında dayanacaq. İndi artıq aydındı ki, həm qənimət, həm də klub yolu baxımından Messinin karyerası Ronaldo ilə müqayisədə daha yaxşı alındı. Oyunu, həyat üslubu və imici portuqaliyalını Yaxın Şərqə, şeyxlərin qapısına apardı. Messini isə ABŞ sokkerinin zirvəsinə. Argentinalının təqaüdü daha yaxşı görünür. Odu ki, “dünyanın ən yaxşısı kimdi” sualı ətrafında müzakirələr bundan sonra birdəfəlik qapanar.

Yeri gəlmişkən...
"İnter Mayami" səfər oyunları da daxil olmaqla mövsümün sonunadək bütün matçların biletlərini satıb. Bu, argentinalı ulduzun transferinin açıqlanmasından bir gün sonra gerçəkləşib. MLS təmsilçisi ev oyunlarını 18 min yerlik "Drive Pink Stadium"da keçirir. Klubun daha böyük stadiona köçəcəyi də güman olunur. Xatırladaq ki, Messi iyunun 7-də "İnter Mayami"ya keçdiyini açıqlayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-11-2022, 15:0

Messinin meneceri bu xəbərləri təkzib etdi

Dünya futbolu

17-05-2022, 11:0

Messi "İnter Mayami"yə keçəcək

Dünya futbolu

7-06-2023, 23:0

"İnter Mayami"nin istədiyi "Barselona"lılar

Dünya futbolu

30-05-2023, 17:0

Messi İngiltərədə oynaya bilər

Dünya futbolu

1-11-2022, 19:0

Messinin yolu Amerikayadı?

DÇ / Manşet

20-12-2022, 10:0

Messi “instaqram”da Ronaldonu geridə qoydu

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 201
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 190
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə