Lionel Messinin dünya çempionatındakı qəhrəmanlığı ona sosial şəbəkədə yeni rekord qazandırıb.
Football-plus.az xəbər verir ki, superulduzun 400 milyon izləyicisi olan “instaqram” səhifəsində Argentinanın DÇ-2022-dəki qələbəsinə həsr olunmuş paylaşımına artıq 47 milyondan çox “layk” gəlib.
Bu, sözügedən sosial şəbəkədə idmançılar arasında yeni rekorddu! Əvvəlki rekordun sahibi Kriştiano Ronaldo idi. Bilindiyi kimi, Ronaldo ilə Messi mundialın startı ərəfəsində “Luis Vutton” şirkətinin reklamı üçün şahmat lövhəsinin başında birlikdə şəkil çəkdirmişdilər. Ronaldonun həmin paylaşımına 42 milyona yaxın “layk” gəlmişdi. Messinin DÇ-yə aid paylaşımındakı “layk” sayı ümumilikdə “instaqram” tarixində isə 2-ci ən yaxşı göstəricidi. Bu baxımdan birinci pillədə olduqca qəribə bir paylaşım yer alıb. 2019-un yanvarında “world_record_egg” adlı səhifə adi bir yumurtanın şəklini paylaşaraq “gəlin, birlikdə yeni dünya rekordu qıraq və “instaqram”ın tarixinə düşək” ifadəsini yazmışdı.
Hazırda bu yumurta şəklinə 56 milyondan çox “layk” gəlib!