Messinin meneceri bu xəbərləri təkzib etdi

28.11.2022 15:10 378
Dünya futbolu
Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messinin meneceri Marselo Mendeş futbolçunun "İnter Mayami"yə transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qol.az xəbər verir ki, o, bu məlumatları təkzib edib:

“Bu yalandı, yalan xəbərdi. Lionel gələn mövsüm "İnter Mayami" yə keçmək üçün danışıqlar aparmır".


Qeyd edək ki, Messi 2021-ci ilin yayından PSJ-də oynayır.