• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahir və “Konyaspor” “Beşiktaş”a 2-ci olmağa imkan vermədi! - TURUN ŞƏRHİ

Dünya futbolu

12-06-2023, 13:0

Superliqada son tura çərşənbə günü keçirilən oyunlarla yekun vuruldu. Həm yuxarı, həm də aşağı pillələrdə müəyyən intriqa var idi.

"Football-plus.az" xəbər verir ki, “Fənərbaxça” bu turu texniki qələbə ilə tamamladığından komandanın hesabına avtomatik 3 xal əlavə olunmuşdu.

Amma mövsümü 2-ci pillədə bitirmək baxımından hər şey “Beşiktaş”ın öz əlində idi. “Qartal” şəxsi oyunlarda “Fənər”dən üstün olduğu üçün motivasiyasız “Konyaspor”u yenəcəyi təqdirdə gümüş medalları qazanacaqdı.

Əslində hər şey “ağ-qaralar” üçün gözəl başladı. Fernandeşin və 30 turluq “qol orucu”na son qoyan Mulekanın qollarından sonra komanda 2 topluq üstünlük yaxaladı. “Beşiktaş” buna qədər cari mövsümdə öz meydanında hesabda önə keçdiyi 9 matçın heç birində xal itirməmişdi! Amma hissənin sonlarından etibarən meydanda inanılmaz hadisələr baş verməyə başladı.

Adətən, etibarlı təsir bağışlayan Mərt Günok Oğulcan Ülgünün o qədər də qüvvətli olmayan zərbəsindən sonra kobud səhvə yol verdi. Elə Mahir Emrelinin qolunda da Mərt topa toxunsa da, onun xətti keçməsinə mane ola bilmədi. Düzdü, Mahir baş zərbəsini çox yaxından vurmuşdu. Şoka düşən Şenol Günəşin komandası çox keçmədən 3-cü dəfə mərkəzə dəvət olundu!

Hərçənd Tayfur Bingöl meydana çıxdıqdan 2 dəqiqə sonra fərqlənməklə yerli fanatları ümidləndirdi. Amma sona yarım saat qalmasına və “Konyaspor”un 66-cı dəqiqədən etibarən azlıqda oynamasına baxmayaraq, meydan sahiblərinin bundan artığın gücü çatmadı. Həm “Beşiktaş”ın 7 oyunluq qələbə, həm də Abubakarın 5 oyunluq qol seriyası qırıldı. Maraqlıdı ki, ötən mövsümün də son turuna təsadüf edən matçda “Konyaspor” “Vodafon Park”da uduzmamışdı (1:1). İstanbul nəhəngi bu oyunda Hatçinsonla da vidalaşa bilmədi. Günəş onu meydana buraxmağa imkan tapmadı. Bu azmış kimi, son anlarda meydanı göz yaşları içində tərk edən Cenk Tosun 2 aylığa sıradan çıxdı.

Beləliklə, “Beşiktaş” 3-cü pillə ilə barışmalı oldu. Düzdü, bu mövsüm həm 2, həm də 3-cü pilləni tutanlar yalnız Konfrans Liqasının 2-ci təsnifat mərhələsində oynayacaq. Amma fərq ondadı ki, “Fənər”ə nisbətən zəif (“Riyeka”, FKSB, “Rusenburq”, “Gimaraynş”, AEK, “Yurqarden”), “Beşiktaş”a isə nisbətən güclü (“Yuventus”, “Roma”, “Aston Villa”, “Renn”, “Olimpiakos”, “Bazel”) rəqib düşəcək.

Elitada qalmaq uğrunda da intriqa yaşanırdı. Amma burda riyazi hesablamalarla baş yormağa ehtiyac yox idi. Hər şey “İstanbulspor”un öz əlində idi. Fatih Təkkənin komandası elitadan düşməsi çoxdan rəsmiləşən “Ümraniyəspor”la qarşılaşmada inamlı qələbə qazanaraq superliqadakı yerini qorudu. “Girəsunspor” isə “Antalyaspor”u yenməsinə baxmayaraq, aqibəti ilə barışmalı oldu. Hər halda, mövsümün nonsensi “Fənərbaxça”nın “Girəsunspor”la 2 oyunda 5 xal itirməsi oldu...

38-ci tur
Beşiktaş – Konyaspor 3:3

Fernandeş, 6. Muleka, 41. Tayfur Bingöl, 62 – Oğulcan Ülgün, 45+2. Emreli, 47. Potsuelo, 51.
Beşiktaş: Mərt Günok, Rozye, Velinton, Kolli, Umut Meraş (Semih Kılıçsoy, 88), Hadziahmetoviç (Maksim, 59), Salih Uçan, Muleka (Tayfur Bingöl, 60), Fernandeş, Cenk Tosun (Kərəm Kəsgin, 90+3), Abubakar.
Konyaspor: Şehiç, Ahmet Oğuz, Adil Dəmirbağ, Uğurcan Yazğılı, Gilyerme, Sonər Dikmən (Kahraman Dəmirtaş, 90+3), Oğulcan Ülgün, Mixalak (Emreli, 46), Potsuelo (Rak, 70), Moreno (Muriç, 77), Diuf (Yasir Subaşı, 77).
Turun qalan oyunlarının nəticələri: İstanbul BŞ – Trabzonspor 3:1 (Dəniz Türüç, 34. Ərən Elmalı, 48-öz qapısına. Lima, 79 – Visça, 62), Fatih Karagümrük – Kasımpaşa 3:0 (Lobjanidze, 14. Dianye, 67; 82), Sivasspor – Kayserispor 1:1 (Canər Osmanpaşa, 10 – Uzodimma, 18), Girəsunspor – Antalyaspor 2:0 (Bayiç, 17-p. Sayns, 59), İstanbulspor – Ümraniyəspor 4:0 (Topalli, 45. Rroka, 61. Muammer Sarıkaya, 90+4. Eze, 90+7), Ankaragücü – Adana Dəmirspor 1:2 (Milson, 82 – Belhanda, 31. Əmrə Akbaba, 57), Hatayspor – Qalatasaray -:+, Fənərbaxça – Qaziantep +:-.

Yekun cədvəl

1. Qalatasaray 36 28 4 4 83-27 88
2. Fənərbaxça 36 25 5 6 87-42 80
3. Beşiktaş 36 23 9 4 78-36 78
4. Adana Dəmirspor 36 20 9 7 76-45 69
5. İstanbul BŞ 36 18 8 10 54-37 62
6. Trabzonspor 36 17 6 13 64-54 57
7. Fatih Karagümrük 36 13 12 11 75-63 51
8. Konyaspor 36 12 15 9 49-41 51
9. Kayserispor (-3) 36 15 5 16 55-61 47
10. Kasımpaşa 36 12 7 17 45-61 43
11. Ankaragücü 36 12 6 18 43-53 42
12. Sivasspor 36 11 8 17 46-54 41
13. Antalyaspor 36 11 8 17 46-55 41
14. Alanyaspor 36 11 8 17 54-70 41
15. İstanbulspor 36 12 5 19 47-63 41
16. Girəsunspor 36 10 10 16 42-60 40
17. Ümraniyəspor 36 7 9 20 47-64 30
18. Qaziantep 36 6 7 23 31-72 25
19. Hatayspor 36 6 5 25 19-83 23

Bombardirlər: Valensiya (Fənərbaxça) – 29, Dianye (Fatih Karagümrük) – 23, İkardi (Qalatasaray) – 22, Borini (Fatih Karagümrük) – 19, Umut Nayır (Ümraniyəspor) – 17.

Turun rəqəmi
3 – “Konyaspor” turun ən böyük sürprizinə imza ataraq səfərdə “Beşiktaş”a birdən-birə 3 qol vurdu. Halbuki Günəş bu vəzifəyə qayıdandan bəri İstanbul nəhəngi heç bir oyunda 2-dən artıq qol buraxmamışdı. Amma Konya təmsilçisi cəmi bir neçə dəqiqəyə 3 dəfə fərqlənərək “Qartal”ın mövsümü 3-cü pillədə bitirməsinə səbəbkar oldu. “Ağ-qaralar” çempionatda sonuncu dəfə evdə 3 qolu ötən il aprelin 25-də - “Kasımpaşa” ilə oyunda (0:3) buraxmışdılar.

Turun ulduzu
Mbaye Dianye (Fatih Karagümrük) – seneqallı forvardın mövsümün əvvəlində “Qalatasaray”a lazım olmadığını, əvəzində İkardinin transfer edildiyini nəzərə alsaq, onun üçün bombardirlər yarışında argentinalını geridə qoymaq çox prinsipial məsələ idi. Dianye sonda bunu bacardı. “Kasımpaşa”nı 2 dəfə məyus edən 31 yaşlı forvard qollarının sayını 23-ə çatdırdı və İkardini 1 top qabaqlayaraq bombardirlər yarışını 2-ci pillədə tamamladı. Onun indiyə qədər Türkiyə çempionatında keçirdiyi 133 oyunda 83 qol vurduğunu bildirək.

Turun sitatı
Mehmet Büyükekşi, Türkiyə Futbol Federasiyasının prezidenti:

“Bir klubumuz (“Beşiktaş”ı nəzərdə tutur – red.) çıxıb deyir ki, “digərləri superliqadan çəkilənlərdən 6 xal qazandısa, mən 1 xal qazandım. Onların nəticələrini ləğv edin”. Bu tələb heç bir məntiqə sığmır. Özü də lap belə qərar qəbul etsək belə, yenə də çempion onlar yox, başqa klub olacaq. Amma həmin klubun başqanı, yönəticiləri və baş məşqçisi durmadan bu mövzunu gündəmə gətirirlər. Bu iddianı səsləndirib superliqanı “hüquqsuz” və “ədalətsiz” adlandırmaq futbolumuzun marka dəyərinə zərbə vurur. Digər klublar da birləşərək buna qarşı çıxmalıdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-08-2022, 10:0

''Konyaspor''un müdafiəsi ''Fənər''in hücumuna qalib gəldi - VİDEO

Dünya futbolu

10-12-2022, 13:0

“Beşiktaş” Antalya toplanışına qələbə ilə başladı

Dünya futbolu

24-05-2023, 11:0

Bir qələbə “Qalatasaray”ın çempionluğu üçün kifayət edəcək - TURUN ŞƏRHİ

Aktual
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
Son xəbərlər
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə