Milli komandada yeni müqavilə

18.06.2026 11:24 33
Dünya futbolu
Ralf Ranqnik Avstriya yığmasını daha uzun müddət çalşdıracaq.

"Football-plus.az" xəbər verir ki, Avstriya Futbol İttifaqı milli komandanın baş məşqçisi ilə müqavilənin müddətini uzadıb. Qurumun mətbuat xidmətinin məlumatına görə, almaniyalı mütəxəssis yığmaya 2028-ci ilədək başçılıq edəcək.

67 yaşlı Ranqnik Avstriyaya 2022-ci ildən rəhbərlik edir. O, əvvəllər “Leyptsiq”, “Şalke-04”, “Hoffenhaym”, “Hannover-96”, “Ştutqart”,  Moskva “Lokomotiv”i və “Mançester Yunayted”in baş məşqçisi olub.

Avstriya DÇ-2026-da İordaniya, Argentina və Əlcəzair yığmaları ilə eyni qrupda mübarizə aparacaq.