• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bir qələbə “Qalatasaray”ın çempionluğu üçün kifayət edəcək - TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 11:0

Tur şənbə günü keçirilən 3 oyunla start götürdü.

"Football-plus.az" xəbər verir ki, elitada qalmaq uğrunda çarpışan “İstanbulspor” səfərdə “Kasımpaşa”ya minimal hesabla boyun əydi. “Kayserispor”un evdə “Alanyaspor” önündə pərən-pərən düşməsi gözlənilməz oldu. Çünki “Alanyaspor” özü də yaxşı durumda deyildi və ötən tur evdə “Konyaspor”la matçda darmadağın olmuşdu. Kayseri təmsilçisi bu mövsüm ilk dəfə evdə böyük hesabla uduzdu.

“Fənərbaxça”nın texniki qələbə sayəsində hesabına 3 xal əlavə olunduğunu nəzərə alsaq, “Qalatasaray”la fərq 2-yə enmişdi. “Cim-Bom” fərqi yenidən 5-ə yüksəltmək üçün mütləq “Sivasspor”u məğlub etməliydi. Rza Çalımbayın komandası mövsümün sonuna yaxın sınıq-salxaq vəziyyətdədi. Kubokda yarımfinala qədər irəliləyən və “Fənər”lə cavab oyununu gözləyən “yiğidolar”ın superliqada heç bir hədəfi qalmayıb. Üstəlik sivaslılar bu matça ciddi itkilərlə çıxmışdılar. Ona görə də qonaqların belə məqamda tarixinin 23-cü çempionluğuna doğru şığıyan “Qalatasaray”ı büdrədəcəyi inandırıcı görsənmirdi. Belə də oldu. Möhtəşəm azarkeş dəstəyi ilə oynayan “Aslan” hər hissədə 1 qol vuraraq çox rahat şəkildə hesabına 3 xal yazdı.

Maraqlıdı ki, “Qalatasaray”ın son 6 qolunun hamısının müəllifi İkardidi. O, klub tarixində belə seriya yaxalayan ilk əcnəbi futbolçu oldu. Argentinalı forvard ikinci dövrədə artıq 14 qol vurub və bu göstəricidə hamını, hətta inamla bombardirlər yarışına başçılıq edən Valensiyanı (13) da üstələyir. “Qalatasaray” ardıcıl 3-cü turda “quru” qələbə qazandı. Komandanın buna qədər cari mövsüm belə seriyası olmamışdı. Beləliklə, “sarı-qırmızılar” çempionluq mübarizəsində finiş xəttinə çatmaq üzrədi. Okan Burukun yetirmələri növbəti tur “Ankaragücü” ilə səfər oyununda qalib gələcəyi təqdirdə “Fənər”in əldə etdiyi nəticədən asılı olmadan çempionluğu rəsmiləşdirəcək.

Bazar günü elitadan düşən ilk klubun adına aydınlıq gəldi. Öz meydanında “Ankaragücü”nə yenilən “Ümraniyəspor”un şansı tükəndi. Beləliklə, bu klubun superliqa macərası cəmi bir il çəkdi. Xatırladaq ki, “Ümraniyəspor” ötən il tarixində ilk dəfə elitada oynamaq haqqı qazanmışdı. “Antalyaspor” ilə “İstanbul BŞ”nin duelində qapılara qol vurulmadı. Bu nəticə daha çox “Adana Dəmirspor”u sevindirdi. Çünki adanalıların mövsümü ən azı 4-cü pillədə bitirməsi rəsmiləşdi. “İstanbul BŞ”nin isə kubokda yoluna davam etdiyini xatırladaq.

Turun mərkəzi oyunu Adanada keçirildi. Bu, “Adana Dəmirspor”un mövsümü evdə uduzmayan yeganə komanda statusunda tamamlaması üçün son ciddi sınağı idi. “Qalatasaray”ın qələbəsindən sonra hətta riyazi cəhətdən də çempionluq şansı qalmayan “Beşiktaş”, heç olmasa, 2-ci pillədəki “Fənərbaxça”nın təqibini davam etdirmək üçün qalib gəlməliydi. İlk yarıda yaxşı təsir bağışlayan meydan sahibləri hissənin ortalarında təcrübəli Belhandanın qolu ilə hesabda önə keçdilər. Bu məqamda xatırladaq ki, buna qədər evdə uduzmaması bir yana, “Adana Dəmirspor” həm də hesabı açdığı oyunlarda uduzmayan yeganə komanda idi! Amma İstanbul nəhəngi toparlanaraq rəqibini darmadağın etdi.

Bosniyalı Haciahmetoviç ilk yarının sonlarında Abubakarın, ikinci hissənin 32-ci saniyəsində isə Fernandeşin fərqlənməsinə şərait yaratdı. 73-cü dəqiqədə intriqa öldü. Cenk Tosun penaltini dəqiq yerinə yetirməklə fərqi iki topa yüksəltdi. Bu azmış kimi, çox keçmədən adanalıların italiyalı çalışdırıcısı Vinçentso Montella hakimlə mübahisə etdiyinə görə tribunaya göndərildi. Son saniyələrdə Abubakar özü qazandığı penaltini dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirdi. “Adana Dəmirspor” Montellanın dönəmində ilk dəfə evdə İstanbul təmsilçisinə boyun əydi. Texniki qələbə ilə birlikdə “Qartal”ın qələbə seriyası 6, məğlubiyyətsiz seriyası 13 oyuna yüksəldi. ”Beşiktaş” ilk dəfə superliqada Adanada böyük hesabla qalib gəldi və bu rəqibə qarşı çempionat çərçivəsində məğlubiyyətsiz seriyanı 12 oyuna çatdırdı (7 qələbə, 5 heç-heçə). Maraqlıdı ki, belə seriyaya baxmayaraq, “Adana Dəmirspor” evdəki şəxsi oyunlarda qələbə sayında hələ də “Beşiktaş”dan üstündü (8:7).

Turun rəqəmi
32 – “Adana Dəmirspor”un qapısına yol tapmaqla mövsümdə 14-cü qolunu vuran Cenk Tosun belə desək, kolleksiyasını zənginləşdirdi. Təcrübəli forvard buna qədər heç vaxt adanalıları məyus edə bilməmişdi. “Adana Dəmirspor” Cenkin Türkiyə çempionatında debüt etdiyi 2011-in fevralından bəri qapısına yol tapdığı 32-ci fərqli superliqa təmsilçisi oldu. Bununla da “Tosun Paşa” bu göstəricidə Burak Yılımaza məxsus olan turnirin rekordunu təkrarladı.

Turun ulduzu
Vensan Abubakar (Beşiktaş) – həm Abubakar, həm də İkardi mövsümün sonunu mükəmməl keçirir. Onların hər ikisi iki turdu dubl edir. Ötən tur İkardiyə üstünlük verdiyimizdən bu dəfə kamerunluya üstünlük veririk. 31 yaşlı hücumçu çətin Adana səfərində vacib qollar vuraraq növbəti dəfə qələbədə mühüm rol oynadı. Abubakarın son 10 turda 12 qolu var! Onu da bildirək ki, Abubakar “Beşiktaş”ın tarixində 3 fərqli mövsümdə superliqada ən azı 11 qol vuran 2-ci əcnəbi futbolçu oldu. Daha öncə bunu yalnız braziliyalı Bobo bacarmışdı (2006/07, 2008/09, 2009/10).

Turun sitatı
Nihat Kahveci, futbol şərhçisi:

“Beşiktaş” sanki təhlükəni hiss etmədən, canı yanmadan oynamağa özündə motivasiya tapmır. Komanda yalnız hesabda geri düşəndən sonra ayılır. Məsələn, Trabzonda qolsuz bərabərliklə bitən oyunda əvvəldən sona qədər özlərinə bənzəmədilər. Bəlkə də bəzi “Beşiktaş”lılar deyir ki, kaş, o oyunda “Trabzonspor” hesabı açaydı. “Qalatasaray”ın 4, “Fənərbaxça”nın 5, “Beşiktaş”ın 8 bərabərliyi var. Komandanın heç-heçələri çox olduğu üçün bu qədər geri düşdü. Məsələn, dərhal “Alanyaspor”la səfərdəki və “Antalyaspor”la evdəki bərabərliklər yada düşür”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-05-2023, 13:0

“Qalatasaray” artıq şənbə günü çempion ola bilər! - TURUN ŞƏRHİ

Dünya futbolu

27-01-2023, 10:0

Mayda bir həftə içində iki derbi izləyə bilərik

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Dünya futbolu

13-05-2023, 10:0

Tarix “Qalatasaray” çempion olacaq” deyir

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

13-11-2022, 22:0

''Qalatasaray''dan möhtəşəm qələbə!

Aktual
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
“Bozqurd” yatmaz!
Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Bu gün, 20:46
    MS-ni tərk edə bilər
  • Bu gün, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Bu gün, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Bu gün, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Bu gün, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Bu gün, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Bu gün, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Bu gün, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Bu gün, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Bu gün, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Bu gün, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Bu gün, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Bu gün, 14:11
    “Bozqurd” yatmaz!
  • Bu gün, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Bu gün, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Bu gün, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
  • Bu gün, 12:50
    “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdi" - Duran
  • Bu gün, 12:20
    Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
  • Bu gün, 11:59
    Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
  • Bu gün, 11:47
    Millimiz bu gün İsveçlə qarşılaşacaq
  • Bu gün, 11:07
    "Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
  • Bu gün, 10:57
    “Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
  • Bu gün, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Bu gün, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Bu gün, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
Daha çox
Oxunub: 207
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 132
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 127
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə