• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

48 milli komanda, 48 fakt

Dünya futbolu / DÇ 2026

Bu gün, 12:03

Futbol tarixində ilk dəfə 48 yığmanın iştirakıyla keçiriləcək dünya çempionatında hər komanda özünəməxsus xüsusiyyətə malikdi.

"Football-plus.az" xəbər verir ki, nəhəng turnirdə ümumi oyun, qol sayına, həm rəqib, həm də öz qapısına vurulan ən erkən qolun müəllifləri, həmçinin bir sıra digər maraqlı faktların səbəbkarları çıxış edəcək. 48 milli komandanın hər birinə aid ən parlaq lakonik faktla tanış olaq.

Meksika
13 – dünya çempionatında ən erkən sarı vərəqəyə Xesus Qalyardo layiq bilinib. Meksikalı müdafiəçi 2018-ci ildə İsveçə qarşı oyunda Ola Toyvonenə kobudluq etdiyi üçün 13-cü saniyədə xəbərdarlıq alıb. Komandası isə 0:3 hesabıyla uduzaraq qrup mərhələsini məhz İsveçdən sonra 2-ci yerdə başa vurub.

Cənubi Afrika
1 – Afrikanın cənubundan olan komanda indiyədək iştirak etdiyi 3 mundialın hər birində bir dəfə məğlub olub. İki dəfə 4 xal toplasa da, qrup səddini heç vaxt aşa bilməyib.

Koreya
16 – bir turnirdə ən çox top buraxan komanda Koreyadı. “Qıyıqgözlər” 1954-cü ildə İsveçrədə Macarıstandan 9, Türkiyədən 7 cavabsız top buraxıblar. Bu da var ki, rüsvayçı məğlubiyyətlərdən təxminən yarım il sonra yarımfinala qədər irəliləyiblər.

Çexiya
2 - Çexiya yığmasının iki oyunçusu 2006-cı ildə qrup mərhələsində qırmızı vərəqə alıb. Bu mərhələyə ABŞ üzərində 3:0 hesablı qələbə ilə başlayan slavyanlar növbəti iki oyunda iki cavabsız qolla uduzaraq turniri erkən tərk ediblər. Qana ilə matçda Tomas Uyfaluşi, İtaliya ilə görüşdə isə Yan Polakın meydandan qovulmasının uğursuz çıxışa heç də az təsiri olmayıb. Digər maraqlı fakt Çexiyanın növbəti 20 ildə mundialda görünməməsidi.

Kanada
6 – Şimali Amerikadan olan komanda indiyədək nəhəng turnirdə keçirdiyi bütün oyunları məğlub başa vurub. 1986 və 2022-ci illərdə ümumilikdə 6 matçda uduzan kanadalıların yalnız bir dəfə böyük hesabla məğlub olduqlarını da qeyd edək.

Bosniya və Hersoqovina
128 - Sead Kolaşinats 2014-cü ildə ən erkən avtoqolun müəllifi kimi tarixə düşüb. Argentina ilə oyunun 128-ci saniyəsində Lionel Messinin asmasına Markos Roxonun toxunuşundan sonra topa uğursuz müdaxilə edən müdafiəçi onu öz qapısına yönəldib. Qrupun ilk oyununda 1:2 hesabıyla uduzan Bosniya və Hersoqovina pley-offa çıxa bilməyib.

Qətər
78 – 2022-ci ildə təşkilatçı ölkənin təmsilçisi kimi iştirak edən komanda 3 oyunun hamısını uduzaraq mübarizəni qrupdaca dayandırıb. Məhəmməd Muntarinin vurduğu yeganə qol Seneqala 1:3 hesabıyla uduzduqları oyunun 78-ci dəqiqəsinə təsadüf edib.

İsveçrə
0 – bu komanda 2006-cı ildə qrup məhələsində keçirdiyi 3 oyunda və Ukrayna ilə 1/8 final matçında (0:0) qapısını toxunulmaz saxlayıb.
Amma nə faydası, pley-offda penalti seriyasında uduzaraq 1/4 finala çıxa bilməyib.

Braziliya
22 – indiyədək heç bir mundialı buraxmayan yeganə komanda Braziliyadı. 5 qat dünya çempionu həm də 114 oyun keçirməklə bu planda liderdi.

Mərakeş
7 – bir turnirdə ən çox oyun keçirən Afrika komandası Mərakeşdi. “Atlas şirləri” 2022-ci ildə dünyanın ən yaxşı 4-cü yığması olublar.

Haiti
14 – bu komanda 1974-cü ildə iştirak etdiyi yeganə dünya çempionatını 14 top buraxmaqla tərk edib. Polşadan 7, Argentinadan 4, İtaliyadan 3 “sillə” yeyən Haiti yığmasının eyni aqibəti bu ay da yaşamaq ehtimalı var. Bu dəfəki rəqiblər Braziliya, Mərakeş və Şotlandiyadı.

Şotlandiya
500 - mundialın yubiley qolunun müəllifi Bobbi Kollinz olub. Amma 1958-ci ildə Paraqvaya 2:3 hesabıyla uduzan Şotlandiya qrup mərhələsini keçə bilməyib.

ABŞ
16 - 2014-cü ildə keçirilən turnirin 1/8 finalında amerikalıların qapıçısı Tim Hovard rekorda imza atıb. Belçika rəqib qapısına 38 zərbə endirsə də, sonda yalnız əlavə vaxtda 2:1 hesabıyla qlib gəlib. Mübarizənin “overtaym”a qədər uzanmasının əsas səbəbkarı isə 16 seyv edən və mindialların tarixinə düşən Hovard olub.

Paraqvay
16 – 2010-cu ildə 1/4 finala çıxan komanda turnirdə daha yaxşı nəticə göstərə bilərdi. Lakin Oskar Kardosonun gələcək çempion İspaniya ilə oyunda penaltini boşa verməsi sonda minimal hesablı məğlubiyyəti rəsmiləşdirib. Maraq üçün Paraqvayın Cənubi Afrikada keçirilən mundiala 16 ildən sonra qatıldığını da qeyd edək. Amma “ağ-qırmızılar”ın bu planda antirekordu 28 ilə (1958-86) bərabərdi.

Avstraliya
5 – Tim Keyhill üç turnirdə qapılara ümumilkdə bu qədər yol tapıb. Bu Avstraliya yığmasının 6 mundialda vurduğu 17 qolun təxminən üçdəbiri deməkdi. 2006-cı ildə Yaponiyaya iki, 4 il sonra Serbiyaya, daha 4 il sonra isə Çili və Niderlanda bir qol vuran Tim bu dəfə dünya çempionatında görünməyəcək. Ona görə ki, karyerasını 7 il əvvəl başa vurub.

Türkiyə
11 – Hakan Şükür 2002-ci ildə mundialın tarixinə ən erkən qolun müəllifi kimi düşüb. Koreya ilə 3-cü yer uğrunda oyunun 11-ci saniyəsində qapıya yol tapan hücumçu Türkiyənin 3:2 hesablı qələbəsində rol oynayıb.

Almaniya
130 – bundestim mundialda ən çox top buraxan komandadı.

Kürasao
+23 – DÇ-2026-nın seçmə turnirində vurulan (28) və buraxılan (5) topların fərqi bu rəqəmə bərabər olub. 10 oyunda 7 qələbə qazanan Kürasao yığmasının uduzmadığını da qeyd edək.

Kot d’İvuar
13 – bu komanda üç mundialda qapıya ümumilikdə 13 dəfə yol tapıb. Ancaq heç vaxt qrup mərhələsini aşa bilməyib.

Ekvador
8 – Ceqson Mendesin əmisi Edison dünya çempionatında bu qədər oyun keçirib. Bu, milli komanda üçün rekord göstəricidi.

Niderland
1000 - mundialın yubiley qolunun müəllifi Rob Rensenbrink olub. Amma onun qolu Niderlandı 1978-ci ildə Şotlandiyaya 2:3 hesablı məğlubiyyətdən xilas etməyib. Buna baxmayaraq, qrup mərhələsini keçən “narınclar” finala qədər irəliləyiblər.

Yaponiya
4 – 1/8 final bu asiyalılar üçün keçilməz səddə çevrilib. Yaponiya 4 dəfə mübarizəni bu mərhələdə dayandırıb.

İsveç
15 – Skandinaviya ölkəsinin komandası 1994-cü ildə hamıdan çox qol vurub. Nəticədə bürünc mükafat qazanıb.

Tunis
2500 - mundialın yubiley qolunun müəllifi Fəxrəddin Ben Yussef olub. Amma onun qolu Tunisə 1918-ci ildə Panama üzərində 2:1 hesablı qələbə qazandırıb.

Belçika
16 – bu komanda 2018-ci ildə hamıdan çox qol vurub. Nəticədə bürünc mükafat qazanıb.

Misir
45 – 2018-ci ildə Səudiyyə Ərəbistanına qarşı oyunda iştirak edən Essam Əl-Hadari 45 yaşında mundialların tarixinə ən yaşlı oyunçu kimi düşüb. Həmin matçda hətta penaltini dəf edib.

İran
103 – iranlı Mehdi Taremi nəhəng turnirin tarixinə ən gec qolun müəllifi kimi düşüb. O, 2018-ci ildə İngiltərənin qapısına əsas vaxta əlavə edilən 13-cü dəqiədə yol tapıb.

Yeni Zelandiya
2 – Okeaniya təmsilçisi indiyədək iştirak etdiyi iki mundialın hər birində iki top vurub.

İspaniya
8 - 2010-cu ildə çempion olan “qırmızı qəzəb” rəqib qapılarından məhz bu qədər top keçirib. Bu isə çempion üçün ən aşağı göstərici kimi tarixə düşüb. Pireneylilər pley-offda keçirdikləri 4 oyunun hamısını minimalhesablı qələbələrlə başa vurublar.

Kabo Verde
14 – bu komanda Afrikanın mundialdakı 14-cü təmsilçisi kimi çıxış edəcək.

Səudiyyə Ərəbistanı
5 - ərəblər 4 il əvvəl Qətərdə keçirilən dünya çempionatında yalnız 5 top buraxıblar. Bu, onlar üçün bir turnirdə ən yaxşı göstəricidi. Çünki əvvəlki mundialları azı 6 qol buraxmaqla tərk etmişdilər.

Uruqvay
56 – 1986-cı ildə keçirilən turnirdə Xose Batista antirekordçu kimi tarixə düşüb. Uruqvaylı futbolçu Şotlandiya ilə matçda meydanda oduğu 56-cı saniyədə kobud oyununa görə qırmızı vərəqə alıb. Buna baxmayaraq, komandası qolsuz heç-heçə sayəsində qrupda 2 xal toplayıb və pley-offa çıxıb.

Fransa
13 – 1958-ci ildə Jüst Fonten bu qədər qol vurub. Fransalı hücumçu bir turnirdə unikal rekord göstəriciyə nail olub.

Seneqal
104 - Afrika komandası üçün mundialın ən xoşbəxt anıdı. 2002-ci ildə 1/8 finalın İsveç ilə oyununda Anri Kamaranın vurduğu qol Seneqalı 1/4 finala çıxarıb. Bu mərhələdə Türkiyəyə uduzan komanda üç dəfə final turnirinə çıxa bilməyib.

İraq
21 – Asiya komandası son seçmə turnirdə dünyada bütün yığmalardan çox oyun keçirib.

Norveç
89 – 1998-ci ildə Braziliyanın qapısına bu dəqiqədə yol tapan Norveç yığması həm qələbə qazandı, həm də qrup mərhələsini dəf etdi.

Argentina
26 – Lionel Messi dünya çempionatında ən çox oyun keçirən futbolçudu.

Əlcəzair
5 – Afrika təmsilçisi 1986-2010-cu illərdə ardıcıl bu qədər iştirak etdiyi turnirlərdə qol vura bilməyib. Amma 2014-cü ildə meydana çıxdığı hər 4 oyunda qapıya yol tapıb.

Avstriya
7 – 1954-cü ildə İsveçrə ilə oyunda bu qədər qol vuran komanda qapısından 5 top buraxmaqla mundialların ən məhsuldar nəticəsini (12 qol) reallaşdırıb.

İordaniya
32 – bu komanda seçmə turnirdə qapıya bu qədər yol tapıb. Bu qolardan 10-nu (7:0, 3:0) Pakistanın qapısından keçirilib.

Portuqaliya
39 – Pepe 2022-ci ildə İsveçrə ilə oyunda (6:1) mundialın pley-off mərhələsinə ən yaşlı (39) qolun müəllifi kimi düşüb.

Konqo DR
9 – 1974-cü ildə Yuqoslaviyadan 9 cavabsız top buraxan konqolular ən böyükhesablı məğlubiyyətə uğrayan üç komandadan biridi. Onda Zair adlanan ölkənin təmsilçisi kimi, Koreya və Salvador da macarıstana uyğun olaraq 0:9 və 1:10 hesablarıyla uduzublar.

Özbəkistan
33 – postsovet məkanından olan komanda əvvəllər üç müxtəlif seçmə turnirdə bu qədər qol vursa da, final mərhələsinə çıxa bilməyib. Bu dəfə bu vəzifəni yerinə yetirmək üçün 27 qol da kifayət edib.

Kolumbiya
1 – dünya çempionatında birbaşa künc zərbəsindən qolu Markos Koller vurub. Kolumbiyalı futbolçu 1962-ci ildə SSRİ-nin qapısına yol tapıb. 4:4 hesabıyla başa çatan oyundan sonra Cənubi Amerika təmsilçisi qrupdan çıxa bilməyib.

İngiltərə
22 – “futbolun yaradıcıları” mundialda ən çox heç-heçə edən komandadı. İtaliya və Almaniyanın hesabında hərəyə 21 belə nəticə var.

Xorvatiya
3 – Yosip Şimuniç 2006-cı ildə keçirilən mundialın Avstraliya ilə oyununda bu qədər sarı vərəqə alandan sonra meydandan qovulub. Hakim Qrehem Pollun səhvinin qeydə alındığı matç 2:2 hesabıyla nəticələnib və Xorvatiya yığması mübarizəni qrupda dayandırıb.

Qana
10 – Afrika komandası mundialda ardıcıl 10 oyunu top buraxmır. Qana sonuncu dəfə 2010-cu ildə Serbiya ilə matçda (1:0) qapısını toxunulmaz saxlamışdı.

Panama
11 – 2018-ci ildəki dünya çempionatında debüt edən komanda 3 oyunda 18 top buraxıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2026, 19:0

Modriçin mundialdakı seriyası 5-ə çatacaq

Dünya futbolu

2-04-2026, 10:0

Milli komandada istefa

Dünya futbolu

23-11-2022, 12:0

Dünya çempionatında əla debüt

Dünya futbolu

25-03-2024, 11:0

Milli komandaların tarixinə düşdü

Ölkə futbolu

20-04-2025, 12:0

“Sabah”ın komandaları beynəlxalq turnirdə iştirak etdi

Ölkə futbolu

2-10-2025, 18:0

Azərbaycan Özbəkistanla birgə dünya çempionatına ev sahibliyi edəcək

Aktual
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
Son xəbərlər
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə