“Qızıl top”un təqdimat tarixi açıqlanıb. Fərdi mükafat bu il oktyabrın 30-da sahibini tapacaq.
"Football-plus.az" xəbər verir ki, “France Football” həftəliyinin təsis etdiyi mükafatın təqdimat mərasimi Parisdəki Şatle teatrında təşkil ediləcək.
Gž“Qızıl top”a namizədlərin siyahısı isə sentyabrın 6-da açıqlanacaq. Mükafatın son qalibinin artıq “Real”ı tərk edən fransalı hücumçu Kərim Benzema olduğunu xatırladaq.
Yeri gəlmişkən, “Goal” nəşri futbolçuların bu il “Qızıl top”u qazanmaq şansını dəyərləndirib. Bu baxımdan Lionel Messinin imkanları daha yüksək görünür. “İnter Mayami”nin yeni oyunçusundan sonrakı yerlərə Erlinq Holann a(MançestAer Siti) ilə Kilian Mbappe (PSJ) namizəd göstərilir.
İlk “10-luğ”a sıra ilə Vinisius Junior (Real), Kevin de Bruyne (MS), Viktor Osimhen (Napoli), Kərim Benzema (Əl-İttihad), Xviça Kvaratsxeliya (Napoli), Robert Levandovski (Barselona) və Xulian Alvares (MS) layiq bilinib.