Premyer-liqada mövsümü 3-cü pillədə başa vursa da, UEFA tərəfindən Konfrans Liqasından kənarlaşdırılan “Turan Tovuz”un təlim-məşq toplanışı planında dəyişiklik olub.
Bu barədə “Football-plus.az”a “bozqurd”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, iyunun 14-dən bəri Ankaranın Qızılcahamam bölgəsində məskunlaşan komanda şikayətin CAS tərəfindən təmin olunmamasının ardından Tovuza qayıdıb. Futbolçular istirahətə buraxılıb. Kollektiv gələn ay yenidən Türkiyəyə yollanacaq. Hazırlıq planının detalları tezliklə ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, “Turan Tovuz” 2019-cu ildə 7 futbolçusu danışılmış oyunlarda iştirak etdiyinə görə UEFA tərəfindən cəzalandırılıb.
KƏNAN BAHADIR