• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Həyatın mənasını yalnız “Selta”da görən 91 yaşlı azarkeş...

Dünya futbolu

9-06-2023, 19:0

Alisiya Barreyro ötən həftə boyunca əsəb gərginliyi yaşadı.

“Football-plus.az” xəbər verir ki, onun sevimli “Selta”sı “Barselona”nı məğlub etməliydi ki, elitada qalacağını təminat altına alsın. 91 yaşlı azarkeş stadiona getmədi. Əslində yetərincə gümrahdı, sadəcə, ürəyini güclü həyəcandan qorumaq istədi. Gecə yarısına – hər şey həll olunana qədər telefona baxmağı da planlaşdırmırdı. “Faro de Vigo”ya müsahibəsində belə demişdi: “Nikbin əhval-ruhiyyədəyəm. Niyə ruhdan düşüm ki? Komandaya necə inanmamaq olar? Mən 100 faiz inanıram”.

Nəticəyə əsasən demək olar ki, xanım azarkeş sevimlilərinə boşuna inanmırmış. “Barselona”ya qalib gələn “Selta” başqalarının yardımına bel bağlamadan özünü elitada saxladı.

Oyuna baxmaq üçün növbəsini dəyişib

Avqustda “Selta”nın 100 yaşı tamam olur. Viqo klubu bir əsr ərzində üç dəfə (1947/48, 1993/94, 2000/01) ölkə kubokunun finalında oynayıb, 2000-ci ildə İntertoto kubokunu qazanıb, Çempionlar Liqasının 2003/04 mövsümündə iştirak edib və 2016/17 mövsümündə Avropa Liqasında yarımfinala çıxıb.
Alisiya Barreyro, demək olar ki, “Selta”nın bütün yoluna şahidlik edib. İndi onun 91 yaşı var, ilk abonomenti isə 1939-cu il noyabrın 1-də əldə edib. “Selta”nın fanatları siyahısında 1-ci nömrə ona məxsusdu, La Liqa klubları arasında bu statusa malik yeganə qadındı. Artıq neçə onillikdi ki, 8-ci sıranın 52-ci yerində oturub oyunlara baxır: “Mənə çox xoşdu, ancaq istərdim ki, siyahıda daha çox qadın olsun. Mən gənc olanda qadınlar futbol oyunlarına o qədər də çox getmirdi. Mən isə 3 yaşımdan bəri stadiona getməyə başladım – atamın sayəsində. Əvvəlcə mənə elə gəlirdi ki, kişilər, sadəcə, bir yerdən başqa yerə qaçır. Çox darıxırdım. Bu üzdən stadiona kuklalar aparır, atam və əmilərim oyuna baxarkən, kuklalarla oynayırdım. Böyüyəndən sonra futbola vuruldum”.

Barreyro abonoment əldə edəndən bir ay sonra “Selta” elitada debüt etdi. Alisiya atasıyla birgə 23-cü sektorda əyləşirdi – tribunalar onda hələ taxta oturacaqdan ibarət idi: “7 yaşım olanda atam məni sosyosa yazdırdı. Həmin vaxtdan bu siyahıdayam. Ümid edirəm ki, irəlidə hələ çox il var. Bu, atamın mənə ən yaxşı hədiyyəsi idi. İlk xatirələrim ondan ibarətdi ki, “Balaidos”un meydanında palçıq yığını vardı. Özümü bu stadionun kiçik bir hissəsinin sahibi sayıram, axı burda çoxlü gecə keçirmişəm”.

Barreyro təqaüdə çıxana qədər telefonçu olub. Heç kimin istəmədiyi gecə növbəsini götürər və ya həmkarları ilə növbəsini dəyişərdi ki, bazar gününü “Selta”nın oyunları üçün boşaltsın. Stadiondan bəzən çox gec qayıdar, demək olar ki, yatmadan səhər də işə yollanardı: “Heç nə vecimə deyildi. Çünki “Selta”nı hər şeydən çox sevirdim. Hətta pis vaxtlarında da klubdan ötrü ürəyim gedirdi”.

Aspas onun qəlbini fəth edib
Barreyro klubun bütün əfsanələrinin oyununu görüb, ancaq üç futbolçu ona daha parlaq təsir bağışlayıb: “Mazinyo, Karpin və Mostovoy. Həmin illərdə “Selta”ya baxmaq ləzzət edirdi. “Barselona”nı və ya “Real”ı gözləmək lazım deyildi – bu üç əla futbolçumuz var idi”.

Ancaq xanım azarkeşin ən sevimli oyunçusu Yaqo Aspasdı: “Onun oyunu möcüzəvidi. Yaqo “Selta”nın nə olduğunu hiss edir, ürəyində bu kluba sevgi daşıyır. Qol vuranda və sinəsindəki emblemi göstərəndə hiss edirəm ki, mənim kimi, o da “Selta” fanatıdı. Aspas “Selta”nı tərk edəndən sonra da kluba bəslədiyi hörmətə görə daim onu xatırlayacam”.

2011-də topa ilk zərbəni vurub

Alisiya artıq stadiona nadir hallarda gedir (xəstələnməkdən qorxur), bununla belə, “Selta”nın heç bir oyununu buraxmır, mütləq televizorda baxır: “Gözümdən əməliyyat olunmuşam, indi daha yaxşı görürəm. Komanda qalib gələndə hədsiz xoşbəxt oluram. Məğlubiyyətlərin sayı artanda, “Selta” elitadan getmək təhlükəsi ilə üzləşəndə isə bir qədər əsəbləşir və məyus oluram”.

2021-in oktyabrında pandemiya bir qədər zəiflədi və Alesiya “Sevilya” ilə oyunu izləməyə yollandı. Məhz həmin oyunda ilk dəfə stadionun tam dolmasına icazə verildi. “Selta” isə bu münasibətlə gözəl aksiya hazırladı – azarkeşlərin alqışları altında topa ilk zərbəni Barreyro vurdu: “Meydana çıxanda özümü kraliça kimi hiss edirdim. “Selta”nın kapitanı Uqo Malyo əlimdən tutmuşdu. Aspas və Brais Mendes də yanımda idi, mənə futbolka bağışladılar. Möhtəşəm an idi. Topa zərbə vurmağımı xəyalən valideynlərimə, əmilərimə və yaxınlarıma həsr etdim. Sanki məni “Selta” fanatı etdiklərinə görə onlara minnətdarlığımı çatdırırdım. “Selta” mənim üçün hər şeydi. Fanatların ailəsində doğulmuşam. “Selta” Viqo üçün hər şeydən vacibdi”.

Barreyro 2022-də “Selta”nın yüzilliyinə qədər yaşamağı arzuladığını deyirdi. Həmin tarixə 2,5 ay var. “Barselona” ilə həlledici oyun ərəfəsində isə komandasından möcüzə gözləyirdi: “Qəlbim mənə deyir ki, oyunçular son aylarda etmədiklərini edəcəklər. Qəlbimə ümid hakimdi”.

Elitada qalmaqla bağlı ümidlər doğruldu. Qalır bircə klubun yüzilliyini görmək!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-07-2022, 22:0

“Selta” ən yaxşı bombardiri ilə müqaviləni yenilədi

Dünya futbolu

31-07-2022, 13:0

"Barselona" futbolçusunu satdı - RƏSMİ

Ölkə futbolu

18-07-2022, 23:0

"Sabah" hücum xəttini gücləndirdi

Dünya futbolu

16-04-2023, 19:0

İspaniya klubu ilə müqaviləsi pozuldu

Dünya futbolu

4-05-2022, 15:0

La Liqa klubunun hücumçusu həbs edildi

Aktual
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
Son xəbərlər
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 229
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə