“Selta” ən yaxşı bombardiri ilə müqaviləni yenilədi

26.07.2022 22:38 404
Dünya futbolu
Yaqo Aspas klubu ilə müqaviləni yeniləyib.

Football-plus.az
xəbər verir ki, O, “Selta”da 2025-ci ilə qədər çıxış etmək hüququ qazanıb. 34 yaşlı ispan hücumçu qalisiyalıların ən yaxşı bombardiridi. Yaqo “Selta”da keçirdiyi 418 oyunda 184 qolun və 63 məhsuldar ötürmənin müəllifi olub.

O, komandada 2008-ci ildən çıxış edir. Aspasın 2013/14 və 2014/15 mövsümlərində uyğun olaraq “Liverpul”da və “Sevilya”da oynadığını da bildirək.