"Sabah" hücum xəttini gücləndirdi

18.07.2022 23:38 442
Ölkə futbolu
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, oaytaxt təmsilçisi 25 yaşlı hücumçu Emmanuel Apehi transfer edib. Forvard ilə 2 illik müqavilə bağlanıb.

Nigeriyalı futbolçu karyerası ərzində İspaniyanın “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon” (2021/22) klublarında oynayıb.

Manu “Sabah”da 90 nömrəli formada çıxış edəcək.