La Liqa klubunun hücumçusu həbs edildi

4.05.2022 15:13 535
Dünya futbolu
İspaniyanın "Selta" klubunun hücumçusu Santi Mina 4 il müddətinə azadlıqdan məhrum olunub.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı futbolçu cinsi təcavüzdə ittiham olunur. Almeriya məhkəməsi ispaniyalı forvarda 4 illik həbs cəzası verib.

Mina həmçinin 50 min avro məbləğində təzaminat ödəyəcək. Bundan əlavə o, 12 il ərzində zərərçəkmiş şəxsə 500 metrdən çox yaxınlaşa bilməz.

Santi Mina 2019-cu ilin yayından "Selta"da çıxı edir. O, cari mövsümdə Viqo təmsilçisinin heyətində meydana çıxdığı 36 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.