"Araz-Naxçıvan"dan ilk transfer

18.06.2026 13:55 15
Ölkə futbolu
“Araz-Naxçıvan” yayın ilk transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc futbolçu İbrahim Piriyevlə müqavilə imzalayıb. 21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

İbrahim 2025/26 mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan futbolçu “Zirə” ilə Misli premyer-liqasının son turunda keçirilmiş matçda debut edib.

"Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla müqavilə müddətini uzadıb.