Dünyanın bir nömrəli qadın raketkası İqa Sventek “kitab yazmaq istəyərdinmi” sualını cavablamalı olub:
“Bədii kitab? Bunun üçün məndə yaradıcılıq və kreativlik yoxdu. Bilmirəm, bəlkə də gələcəkdə ola bilər... Düzünə qalsa, Polşada mənə dəfələrlə kitab yazmağı təklif ediblər. Ancaq mənə elə gəlir ki, hələ çox tezdi, o qədər yaşlı deyiləm ki, kitab yazım. Bəlkə də bir neçə ildən sonra belə istəyim yaranar”.
21 yaşlı polşalı tennisçi şəxsi hesabda üç “Böyük dəbilqə” və 13 WTA turnirinin qalibi olub.
"Football-plus.az"