Milli komanda ilə vidalaşdı

19.07.2026 13:09 10
Dünya futbolu
Riyad Mahrez Əlcəzair yığmasındakı karyerasını başa vurub.

"Football-plus.az" xəbər verir ki, 35 yaşlı vinger qərarını DÇ-2026-da milli komandasının İsveçrəyə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşmasından sonra açıqlayıb.

Mahrez yığmada 2014-cü ildən çıxış edirdi. O, milli komandada keçirdiyi 119 oyunda 40 qol vurub və 45 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi olub.