Türkiyə yığmasının üzvü Zəki Çəlikin yeni klubunun adına aydınlıq gəlib.
Təcrübəli futbolçu 2022-dən bu yana ''Roma''nın şərəfini qoruyurdu. Sağ müdafiəçinin paytaxt təmsilçisi ilə anlaşdığı və tərəflərin işbirliyini davam etdirəcəyi vurğulanılırdı. Onun İstanbul nəhənglərinin hədəfində olduğu da bildirilirdi. Amma bu iddiaların heç biri təsdiqini tapmayıb. ''Roma'' ilə müqavilə müddəti başa çatan və sərbəst futbolçuya çevrilən Zəki ''Yuventus'' ilə ''3+1'' illik müqavilə imzalayıb.
29 yaşlı futbolçu bundan sonra Türkiyə yığmasının digər üzvü Kənan Yıldız ilə komanda yoldaşı olacaq.
Son mundialda iştirak edən Zəki geridə qoyduğumuz mövsümdə ''Roma'' ilə 45 rəsmi oyuna çıxaraq aktivinə 1 qol, 4 məhsuldar ötürmə yazıb.