Premyer-liqada istefa

19.07.2026 10:20 8
Dünya futbolu
“Nottingem Forest” baş məşqçi Vitor Pereyra ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, 2026-cı ilin fevralından komandaya rəhbərlik edən portuqaliyalı mütəxəssislə yanaşı, onun başçılıq etdiyi məşqçilər korpusu da klubu tərk edib.

“Nottingem Forest” Pereyranın rəhbərliyi altında 2025/26 mövsümünü İngiltərə premier-liqasında 16-cı yerdə başa vurub.