"Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi

18.07.2026 22:00 17
Ölkə futbolu
Mahir Emrelinin Polşa "Rakuv"una keçidi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. “Rakuv” Mahirin komandaya gəliş anonsunu “Bayati Şiraz” muğamı ilə elan edib.

Mahir birillik icarə əsasında Polşa təmsilçisinin heyətinə qoşulub.

Xatırladaq ki, millimizin üzvü müqavilə ilə Almaniya "Kayzerslautern"inə məxsusdu.