Lionel Messinin üzrxahlıq etdiyi videonu yaymasının səbəbləri məlum olub. Bu barədə “RMC Sport” xəbər verib.
"Football-plus.az" xəbər verir kj, argentinalı futbolçunun nümayəndələri onun Səudiyyə Ərəbistanına icazəsiz səfərindən sonra klubu ilə gizli razılıq əldə edibmiş.
Bilindiyi kimi, Messi Liqa-1-də “Loryan”a məğlubiyyədən (1:3) sonra PSJ rəhbərliyinin razılığını almadan Asiya ölkəsinə səfər etmişdi. Bundan narazı qalan klub ulduz futbolçunu iki həftəliyə əsas komandadan kənarlaşdırmışdı.
“RMC Sport”un yazdığına görə, bundan sonra Messinin nümayəndələri münasibətlərdəki gərginliyi aradan qaldırmaq və güzəşt əldə etmək üçün klubla əlaqə qurublar. Rəhbərlik Messidən Səudiyyə Ərəbistanına icazəsiz səfərə görə üzrxahlıq etdiyini göstərən video yaymağı tələb edib.
Dünya çempionu yalnız bundan sonra əsas komandada məşqləri bərpa edə biləcəkdi. Nəticədə Lionel klubun şərtini yerinə yetirib. Bundan sonra məşqlərə qayıdıb.