“Karvan-Yevlax”dan yeni transfer

18.07.2026 20:00 13
Ölkə futbolu
“Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Yevlax təmsilçisi Ruslan Voronsovu heyətinə qatıb.

30 yaşlı hücumçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Ruslan Voronsov bundan öncə “Səbail”də çıxış edib.