"Qarabağ"ın Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) ilə keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, Bakıda oynanılacaq illk matç italiyalı hakimlərə tapşırılıb.
Referi Daniele Çiffiyə Ciovanni Baççini və Alessandro Lo Çiçero köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR hakimi Valerio Marini, VAR hakiminin köməkçisi isə Federiko La Penna təyin edilib.
Sofiyadakı cavab görüşü belçikalı hakimlərə həvalə olunub. Bram Van Drişşeyə Mişel Seldreyers və İv De Neve kömək edəcək. Dördüncü hakim funksiyasını Kevin Van Damme yerinə yetirəcək. VAR hakimi Bert Puta, VAR hakiminin köməkçisi sə Vesli De Kremer olacaq.
Xatırladaq ki, "Qarabağ"la ÇSKA arasında ilk oyun iyulun 23-də, cavab matçı iyulun 30-da keçiriləcək.