Massimiliano Alleqrinin “Napoli”yə gözlənilən təyinatı rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis Neapol klubu ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. 58 yaşlı italiyalı məşqçi ötən mövsümün sonunda “Milan”dan ayrılmışdı. Alleqri yeni iş yerində Antonio Konteyə xələf olub.
“Napoli” 2025/26 mövsümündə A seriyasında çempion “İnter”dən sonra 2-ci yeri tutub.