“Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı

18.07.2026 19:07 23
Avrokuboklar / Aktual
“Zirə” Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda da “Torpedo”nu darmadağın edərək növbəti mərhələyə yüksəldi. İndi “qartallar” Estoniya “Payde”si ilə duelə hazırlaşır. Kutaisi təmsilçisinin düşərgəsi isə qır qazanını xatırladır.

Xatırlayırsızsa, gürcü azarkeşlər oyun ərzində meydan sahiblərinin baş məşqçisi Dirk Şusteri istefaya səslədi. Bəs, mütəxəssis bu çağırışla razıdımı?

“Football-plus.az”ın məlumatına görə, çalışdırıcı oyunsonrası mətbuat konfransında bu barədə sualı cavablayıb:

“Bu sual haqda çox danışmaq istəmirəm. Hazırda üzgünəm. Oyun ərzində zəhərli anlar yaşadıq. Məqsədim çalışmağa, növbəti oyunlara hazırlaşmağa davam etməkdi”.

Bununla belə, “Torpedo”dan iki futbolçu qovulub. Bunlar Sori Mane ilə Jorjinyodu.

Xatırladaq ki, “qartallar” hər iki oyunda rəqibi eyni hesabla məğlub edib – 3:0.

KƏNAN BAHADIR