Nəhayət, Santi Kasorla çoxdan gözlənilən qərarı verib.
"Football-plus.az" xəbər verir ki, tanınmış ispaniyalı yarımmüdafiəçi Santi Kasorla peşəkar futbolçu karyerasını başa vurub. 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Santinin sonuncu klubu “Ovyedo” olub. Təcrübəli yarımmüdafiəçi ötən mövsüm La Liqada 28 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Kasorla karyerası ərzində “Arsenal”, “Vilyarreal”, “Malaqa” və “Əl-Sədd”də də çıxış edib.
O, İspaniya yığmasının heyətində 2 dəfə Avropa çempionu olub. Bundan əlavə, “Arsenal”la iki dəfə İngiltərə kubokunu və İngiltərə superkubokunu qazanıb.