Roderik Miller hardadı?

18.07.2026 22:55 38
Ölkə futbolu / Aktual
Futbol üzrə dünya çempionatı Panama yığması üçün erkən – qrup mərhələsində başa çatdı.

Azərbaycan çempionatının mundialdakı yeganə təmsilçisi – bu yığmanın müdafiəçisi Roderik Miller də evə tez döndü. Əslində onun turnirdə iştirakı şərti xarakter daşıdı – bir dəqiqə də meydanda görünmədi. İndi isə klub futboluna köklənməyin vaxtdı.

Yəni iyulun 4-dən Türkiyədə olan “Turan Tovuz” panamalı legionerin yolunu gözləyir. Bəs o, komandaya qoşulubmu? “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevin “Football-plus.az”a cavabı:

“Millerə DÇ-dən sonra normal şəkildə əlavə istirahət verilib. Təlim-məşq toplanışının ikinci mərhələsində komandaya qoşulacaq”.

İSRAYIL XEYRULLAYEV