Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı

18.07.2026 15:02 24
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda AFFA məlumat yayıb.

O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) - “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Pançevo şəhərində yerləşən “Mladost” stadionunda keçiriləcək.