• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Terim, Arda və başqa məşhurlar fırıldağın qurbanı olub

Maraqlı

5-05-2023, 16:0

Bugünlərdə Türkiyədə böyük bir fırıldaqçılığın üstü açılıb. Qalmaqalın bir ucu Fatih Terim başda olmaqla futbol dünyasının məşhur simalarına qədər gedib çıxdığına görə hadisə qardaş ölkədə geniş əks-səda doğurub.

"Football-plus.az" xəbər verir ki, olayın baş “qəhrəmanı” Seçil Erzan adlı xanımdı. Bu xanım 2012-ci ildən bir bankın Floryadakı şöbəsinin müdiri kimi çalışırmış.

Türkiyə mətbuatında bankın adı, demək olar, heç bir mənbələrdə açıqlanmasa da, söhbət “Dəniz Bank”dan gedir. Çalışdığı müddətdə “Qalatasaray”ın bəzi rəsmilərinin və futbolçularının bankla bağlı işlərini həll edərək onların etibarını qazanan Erzan daha sonra varlı müştərilərlə tanış olaraq “tarixi” bir fırılaqçılıq planını həyata keçirməyə başladı. O, qapalı bir fond sistemi və ya sadə dillə desək, “piramida” yaratmaq fikrinə düşdü.

Ölkəmizdə də tez-tez müxtəlif “ağıllı” insanlar tərəfindən qurulmuş belə sistemlərin çökməsi barədə məlumatlar eşidirik. “Piramida” daim yeni insanların və para axınının hesabına böyüyən sistemdi. Bura ilk daxil olanlar qoyduqları pulu artıqlamasıyla götürürlər. Amma həmin insanlar özləri ilə birlikdə bura başqalarını da cəlb edirlər və sistem zəncirvari şəkildə böyüməyə başlayır.

Məhz elə bu böyümə sistemin sonunun başlanğıcı olur. Yeni cəlb olunanların sayı azaldıqca “Piramida”da olanların gəlirləri azalmağa başlayır. İnsan sayı gec-tez məhdudlaşdığından sonda sistem iflas edir!

Seçil Erzan işə Fatih Terimi cəlb etməklə əslində strateji cəhətdən çox mühüm bir uğura nail olmuşdu. Çünki işin içində Terim kimi nüfuzlu şəxs varsa, bunun sayəsində başqalarını da sistemin ciddiliyinə inandırmaq mümkün idi. Əslində “İmperator” pula hərisliyin yox, dostluğa önəm verməyin qurbanı olub. Çünki Seçil Erzan Terimin vəkili Candaş Gürolun sevgilisi idi! Yəni onlar bir-birini çoxdan tanıyırdı. İddiaya görə Terim və ailə üzvləri bu sistemdə 10 milyon dollar, Arda Turan 8 milyon dollar itirib!

Bəli, düz oxuduz, söhbət lirədən yox dollardan gedir. Seçil Erzanı xeyrinə olan məqam onun bank işçisi olmasında idi. Çünki o, pul aldığı insanlara üzərində bütün imzaları olan bank sənədləri təqdim edirdi. Amma dərd orasındadı ki, bankın özünün bundan xəbəri yox idi. Yəni bütün imzalar və sənədlər saxta idi. Deyilənə görə, bir ara sistemdə 50-80 milyon dollara qədər pul fırlanıb!

Seçil Erzanın bir neçə il davam edən bu fırıldağını ifşa edən isə bir iş adamı oldu. Adı açıqlanmayan iş adamı ötən ilin noyabrında Erzana içində 5 milyon dollar olan bir çanta verdi. Başına daha öncə bənzər hadisə gəldiyi üçün həmin şəxs çantanın içinə GPS cihazı qoyduraraq onu izləməyə başladı.

Məlum oldu ki, çanta bankda təxminən yarım gün qalandan sonra hava limanına göndərilib və daha sonra başqa bir evə aparılıb. İş adamı xanıma zəng vuraraq pulunu geri istədikdə “ödəmə vaxtı çatmadığı üçün sizə ödəniş edə bilməyəcəyik” cavabı ilə qarşılaşınca birbaşa polis şöbəsinə yollanıb. Artıq sistem dirənmişdi və müştərilərə nəinki faizi ilə, heç öz pullarını da qaytara bilmirdi.

İş adamının şikayətindən sonra prokurorluq da məsələyə qarışınca hər şeyin üstü açıldı və Seçil Erzan dərhal həbs olundu. Digər qurbanlar da bu xanımdan şikayət edincə, işin içində Əmrə Belözoğlu, Fernando Muslera, Səlcuk İnan, Semih Kaya, eləcə də Terimin qızı Buse Bahçekapılı və onun həyat yoldaşı Volkan Bahçekapılı kimi isimlərin olduğu da üzə çıxdı. Hətta Musleranın son turlardakı inamsız oyununu bu hadisə ilə əlaqələndirənlər də var. Çünki deyilənə görə, məşhur qapıçı 2 milyon dollara yaxın pul itirib!

Seçil Erzanın ilkin ifadəsi də ortaya çıxıb. Sən demə, o özü də bənzər bir sistemin qurbanı olandan sonra bu fırıldağa əl atmaq qərarına gəlib:

“2011-ci ildə xalam oğlunun təklifi ilə bir birjaya daxil oldum. Amma aldığım kağızlar 3 gündə dəyərdən düşdü və 1 milyon lirə itirdim. 15 ay sonra Flroyada bankın şöbə müdiri vəzifəsində işə düzəldim. Mənə dəymiş ziyanı ödəmək üçün tanıdığım və güvəndiyim insanlardan sərmayə məqsədi ilə pul almağa başladım. Bu cür borclarımı ödəməyə başladım. Amma 2021-ci ildə iş artıq çıxılmaz nöqtəyə çatdı”.


Seçil Erzanın topladığı pulları xaricə göndərdiyi güman edilir. Bu işdə ona yardım edən 5 nəfərin qısa müddət ərzində tez-tez xaricə yollandığı məlum olub. Həmin şübhəlilər də artıq həbs olunub.

Paylaş:
Digər xəbərlər

Maraqlı

29-04-2023, 11:0

Fatih Terim Bakıya gəlir

Dünya futbolu

3-09-2022, 12:0

“Netfliks”in Terim haqda filmi nə vaxt ekranlara çıxacaq?

Dünya futbolu

27-11-2022, 16:0

Terim anasını itirdi

Dünya futbolu

23-06-2022, 17:0

Terim evliliyinin 40-cı ildönümünü belə qeyd etdi

Dünya futbolu

15-12-2022, 20:0

Terim Ronaldinyo ilə bir araya gəldi

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə