Türkiyə futbolunun və ''Qalatasaray''ın əfsanəsi Fatih Terimin ailəsindən üzücü xəbər gəlib.
''İmperator''un son dönəmlər səhhəti ilə bağlı problemləri olan və ev şəraitində müalicə alan 91 yaşlı anası Nuriyə Terim srağagün dünyasını dəyişib. O dünən məmləkəti Adanada dəfn olunub. Dəfn mərasimində Türkiyə futbolunun, eləcə də siyasət və digər sahələrin önəmli isimləri iştirak ediblər. ''Qalatasaray'' rəhbərliyindən, baş məşqçi Okan Burukdan, eləcə də Əmrə Belözoğlu, Arda Turan kimi isimlərdən tutmuş Acun Ilıcalı və hətta ''Adana Dəmirspor''un baş məşqçisi Vinçentso Montellaya qədər önəmli isimlər Terimi bu çətin günündə yalqız qoymayıblar. Türkiyə Futbol Federasiyası, eləcə də bir çox klublar ünlü mütəxəssis üçün başsağlığı mesajı yayınlayıblar.
Qeyd edək ki, Fatih Terimin atası Talat Terim isə 2019-cu ilin fevralın 6-da dünyasını dəyişmişdi.