• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Premyer-liqaya Qvardiolanın daha bir tələbəsi gəlir

Dünya futbolu

26-04-2023, 18:0

Aprelin ilk dekadası “Bernli” və azarkeşləri üçün möhtəşəm alındı.

"Football-plus.az" xəbər verir ki, cümə günü, aprelin 7-də “Midlsbro”ya qalib gələn (2:1) bu komanda qələbə sayəsində elitaya dönüşü rəsmiləşdirdi. Buranı tərk edəndən cəmi bir il sonra. Aprelin 10-da isə “Terf Mur” stadionunda əsl bayram yaşandı – “Şeffild Yunayted”in öhdəsindən gələn (2:0) “tünd qırmızılar” sona 6 tur qalmış çempionşipdə liderliyi təmin etdi. Belçika yığmasının və “Mançester Siti”nin sabiq kapitanı Vensan Kompaninin (“Şeffild Yunayted”lə oyun günü 37 yaşı tamam oldu) çalışdırdığı komanda bu mövsüm əməlli-başlı dominantlıq edir. “Bernli” hamıdan çox (41 oyunda 26) qələbə qazanıb, hamıdan az (2) uduzub, qol sayına (78) görə ikincidi və hamıdan az (30) top buraxıb. Komanda hələ də 100 xal həddini aşmaq şansını qoruyur – son 20 ildə üç belə hal baş verib. “Bernli”nin uğurları maraq doğurur və ən azı bir-biri ilə bağlı olan iki səbəbə görə bu haqda ayrıca danışmağa dəyər. Bu səbəblərdən birincisi klub ətrafındakı durumdusa, ikincisi, karyerası çox parlaq başlayan baş məşqçinin şəxsiyyətidi.

Əfsanənin gedişi və nəhəng borc

“Bernli” son illərdə Şon Dayç ilə assosiasiya olunub. 2012-nin oktyabrında “sükan arxasına” keçən kürənsaç menecer ilyarın sonra komandanı premyer-liqaya çıxardı, 2017/18 mövsümünün sonunda isə 7-ci yeri tutmaqla Avropa Liqasına düşdü. 51 il ərzindəki ilk avrokubok kampaniyası uzun çəkmədi və artıq avqustda bitdi: “Olimpiakos”a uduzan “Bernli” qrupa vəsiqə qazana bilmədi. Ancaq klubun imkanlarını nəzərə alanda bu da böyük uğur idi. “Bernli” premyer-liqada sanki köhnəlik adası idi. Başqa klubları amerikalı və asiyalı biznesmenlər “udduğu” halda, 100 il əvvəl olduğu kimi, “Bernli”nin sahibi yenə Lankaşir qraflığından olan yerli biznesmenlər idi. Pep Qvardiola ilə Yürgen Kloppun premyer-liqada hər cür futbol taktikasını tətbiq etdiyi məqamda Dayç uzun ötürmələrə və güc mübarizəsinə söykənən oyun üslubundan əl çəkmirdi. Əlbəttə, bu uzun müddət davam edə bilməzdi. Üstəlik kluba sahiblik edən Mayk Harliklə Con Banaskeviç yeni məşq bazasının tikintisinə ciddi pul qoyurdu (Dayçın bazasının dizaynının hazırlanmasında iştirakı da klubda təsir gücünün hansı səviyyədə olmasından xəbər verir). 2020-ci ilin dekabrında “Bernli” Amerikanın “ALK Capital” investisiya qrupunun nəzarəti altına keçdi, bu şirkər 200 milyon funt ödəməklə səhmlərin 84 faizinə yiyələndi. Əvvəlcə mehribanlıq mühiti hökm sürürdü: tərəflər bir-birinin ünvanına kompliment deyir və yeni inkişaf mərhələsi haqda danışırdılar, Harliklə Banaskeviç hətta yeni Direktorlar Şurasının tərkibinə daxil olmuşdular. Ancaq tezliklə aydın oldu ki, “ALK Capital” “Bernli”ni almaq üçün borca girib və bu məbləği (təxminən 100 milyon dollar) klubun üzərinə qoyub. Dayç transfer bazarıbda da yeni sahiblərdən heç bir xüsusi dəstək görmədi – 2021-in yanvarında heyətə heç kim cəlb olunmadı. Düzdü, yayda Vaut Veqhorstla (17,5 milyon avro) Maksvel Kornenin (15 milyon) gəlişi hücumu bir qədər gücləndirməyə imkan verdi, üstəlik klub mərkəz müdafiəçisi Natan Kollinsə görə 14 milyon ödədi. Ancaq əvəzində yanvarda – elitada qalmaq uğrunda mübarizənin kəskinləşdiyi məqamda əsas hücumçu Kris Vud “Nyukasl”a satıldı. Bir tərəfdən, kimsə sənin futbolçuna görə 30 milyon ödəyirsə, satmaq məntiqli görünür, ancaq problem ondadı ki, Vudun əvəzinə heç kimi almadılar. Hər şey onunla bitdi ki, Dayç 2022-nin aprelində vəzifəsindən getməli oldu, komanda isə sonuncu turda elə həmin “Nyukasl”a uduzmaqla elitadan ayrıldı. Ardından, demək olar ki, bütün əsas oyunçular komandadan getdi. Bəzilərinə görə pul qazanmaq mümkün oldu: qapıçı Nik Poup “Nyukasl”a 11,5 milyon avroya satıldı, Kollinsə görə “Vulverhempton”dan 24 milyon qopardılar, Korneni “Vest Hem” götürdü (20,7 milyon), Duayt Maknili “Everton” 17 milyon ödəməklə aldı. Qalanı “Bernli”ni azad agent kimi tərk etdi. Ümumilikdə 13 futbolçu komandadan ayrıldı, əvvəlki heyətdən 10 nəfər qaldı. Bütün bunları nəzərə alanda tezliklə elitaya dönmək perspektivi heç də yaxşı görünmürdü. Bunun üzərinə Qətərdə keçirilən qış çempionatı üzündən çempionşipdə mövsümün iyulun 29-da başlamasını, yəni onsuz da sıx təqvimin bir qədər də sıxlaşmasını gəlmək lazımdı.

Torta yasaq, gündə 12-14 saat iş

Ötən yay Kompaninin dəvət olunması hər iki tərəf üçün risk kimi görünürdü. Bir tərəfdə elitadan ayrılan, borc içində üzən və demək olar ki, oyunçusuz qalan klub, o biri tərəfdə isə həmin vaxt 36 yaşı olan, təcrübəsi yalnız “Anderlext”dəki iki mövsümlə məhdudlaşan məşqçi. Bununla yanaşı, böhran durumu yeni imkanlar açırdı. Kompani az qala evə qayıdırdı – Bernli belçikalının 11 il keçirdiyi, xanımı ilə qarşılaşdığı, uşaqlarının dünyaya gəldiyi Mançesterin 75 kilometrliyində yerləşir. O, Dayçdan qalan irsə məhəl qoymadan öz baxışlarına uyğun heyət formalaşdıra və ideyalarını reallaşdıra bilərdi. Komanda isə böyükmiqyaslı yenidənqurma imkanı qazanmışdı. Premyer-liqanın ayırdığı para borcların öhdəsindən gəlməyə və maliyyə durumunu sabitləşdirməyə imkan verdi, futbolçu satışından əldə olunan gəlir isə dərhal yenilərin alınmasına qoyuldu, əməkhaqqı cədvəli də xeyli yüngülləşdi. Nəticədə Kompani “Bernli”də əsl inqilab həyata keçirdi. İngiltərə mediası elə mövsümün gedişində bu komandanı “çempionşipdən olan “Mançester Siti” və ya “Mançester Siti” – layt” adlandırmağa başladı. Komandalar üslub baxımından həqiqətən oxşardı (təbii ki, oyunçuların səviyyəsini nəzərə almaqla). “Bernli” topa nəzarətə, kreativliyə, yüksək intensivliyə və pressinqə söykənən hücum futbolu göstərir. Hətta detallar da oxşardı: Kompaninin “Bernli”si dörd müdafiəçi ilə oynayır, topa nəzarət zamanı bu sistem “3-lü” müdafiəyə keçir: cinahdakılar irəli şığıyır, dayaq yarımmüdafiəçisi isə mərkəz müdafiəçilərinin yanına enir. “Nə vaxtsa o “Siti”yə rəhbərlik edəcək. Nə vaxt? Bilmirəm, ancaq bunun baş verəcəyinə tam əminəm. Bu, sadəcə, intuisiyadı, bəlkə də səhv edirəm. Ancaq Vensanın bütün zəruri keyfiyyətlərə malik olduğu dəqiqdi: düzgün iş etikası, oyunu anlamaq bacarığı, hörmət, təcrübə. Onun artıq elədiklərini bacarmaq çətindi, ancaq Vensan işin öhdəsindən gəlir. Onun taleyi burda olmaqdı” – bu sözləri Kompani haqda Qvardiola deyib. İspaniyalı mütəxəssislə müqayisə qaçılmazdı, hərçənd Kompani israrla belə müqayisələrdən yayınır, bildirir ki, o öz baxışları və ideyaları olan mütəxəssisdi. Ancaq Qvardiolanın Kompanoya təsiri şübhə doğurmur, heç belçikalı da bunu gizlətmir. Onlar “Siti”də üç il birgə çalışıb, Kompani futbolçu karyerasının son illərində oynamaqdan daha çox müalicə olunub. Məhz bu məqam gənc mütəxəssisə daha çox baxmaq, dinləmək, detallara varmaq imkanı yaradıb. Məhz həmin vaxt belçikalı məşqçi olmaq istəyini qətiləşdirib. İndi çox maraqlı trend formalaşmaqdadı: hansısa mənada Qvardiolanın tələbələri kimi qəbul olunan Xavi ilə Mikel Arteta da top-liqalarda ilk çempionluğu qazanmağa yaxındı. Kompani isə artıq çempionşipi qazanıb. O, “Bernli”yə gələn kimi dərhal futbolçuları informasiya ilə yükləməyə başladı, məşq meydanlarından birində əlavə işarələmə əməliyyatı aparmaqla onu zonalara böldü ki, yetirmələrinin nəzəriyyəni mənimsəməsi asan olsun. Kompani bazaya hamıdan əvvəl gəlir, günün 12-14 saatına burda keçirməklə hamıdan sonra da gedir. Hətta indi – mövsüm bitmədən də futbolçular baxmaq istəyir, skautinqlə məşğul olur, məsələn, martda Danimarkaya yollanmışdı. Belçikalının özünəməxsus qaydaları da var. Dayçın dönəmində, uzun illər ərzində belə ənənə var idi: ad günlərində elə bazada tort yeyirdilər. Kompani buna yasaq qoydu. Ancaq Dayçın “Bernli”də qazandıqlarına hörmət əlaməti kimi sələfinin giriş qapısında asdığı “ayaqlar, ürək, baş” şüarına toxunmadı. Kompaninin futbolunda 1-ci yerdə baş dayanır, ancaq o, anlayır ki, bəzən ayaqları və ürəyi də işə salmaq lazımdı. Komandanın “Sanderlend”ə 0:2 uduzduğu səfər oyununun fasiləsində belçikalı yetirmələrinə dedi: “Uşaqlar, siz Londonda və ya Madriddə deyilsiz, Bernlidəsiz”. Məşqçi anlatmaq istəyirdi ki, qaçmaq və mübarizə aparmaq lazımdı. “Bernli” həmin oyunda qələbə qazandı – 4:2. Təbii ki, premyer-liqada hər şey fərqli olacaq. Komandanın “Siti”yə 0:6 uduzduğu kubok oyunu da buna işarədi. Ancaq “Bernli”nin elitaya maraq qatacağı şübhə doğurmur.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-04-2023, 16:0

Premyer-liqaya erkən vəsiqə qazandılar

Dünya futbolu

23-11-2022, 13:0

Kompani Ronaldoya sataşdı

Dünya futbolu

18-04-2022, 10:0

Xilaskar kimi tanınan məşqçi premyer-liqaya qayıdır?

Dünya futbolu

29-05-2022, 19:0

“Anderlext” baş məşqçisiz qaldı

Dünya futbolu

28-03-2022, 23:0

“Rubin”i tərk edən futbolçu İngiltərədə qərar tutdu

Aktual
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
“Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Hansı klub yerli futbolçulara daha çox şans verdi?
"Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Son xəbərlər
  • Bu gün, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Bu gün, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Bu gün, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Bu gün, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Bu gün, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Bu gün, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Bu gün, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Bu gün, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • Dünən, 23:58
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 23:26
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • Dünən, 22:53
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • Dünən, 22:22
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 21:48
    Millimiz çempion oldu
  • Dünən, 21:05
    "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
  • Dünən, 20:56
    Yenidən Fransada işləyəcək
  • Dünən, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Dünən, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Dünən, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Dünən, 16:45
    Klubuna sadiq qaldı
  • Dünən, 16:02
    Asiyadan Avropaya yollandı
  • Dünən, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Dünən, 14:45
    “Barselona”nı tərk edəcək
  • Dünən, 14:16
    FİFA-dan daha bir yenilik
  • Dünən, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Dünən, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Dünən, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Dünən, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Dünən, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Dünən, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Dünən, 10:20
    Premyer-liqada istefa
  • Dünən, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • 18-07-2026, 23:0
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 124
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə