“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, Niderland klubu Markos Leonardonun transferini rəsmən açıqlayıb.
Amsterdam təmsilçisi 23 yaşlı braziliyalı hücumçunu “Əl-Hilal”dan heyətinə qatıb. Tərəflər arasında müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Transferin dəyərinin 20 milyon avroya yaxın olduğu bildirilir.
Markos Səudiyyə Ərəbistanı klubunun heyətində keçirdiyi 82 rəsmi oyunda 48 qol vurub. O, həmçinin Braziliya yığmasının formasını da geyib.