“Bernli”nin azarkeşləri böyük sevinc içindədilər.
"Football-plus.az" xəbər verir ki, 2022/23 mövsümündə çempionşipdən premyer-liqaya vəsiqəni təmin edən ilk komanda müəyyənləşib.
Bu, “Bernli” klubudu. Vensan Kompaninin çalışdırdığı komandası 40-cı turda səfərdə “Midlspro”ya 2:1 hesabı ilə qalib gəlib. Xalını 87-yə çatdıran çempionşipin lideri mövsümün son 6 turunun nəticəsindən asılı olmayaraq yeni mövsümdən premyer-liqada oynamaq hüququ qazanıb.
Qeyd edək ki, “Bernli” sonuncu dəfə yüksək liqada 2021/22 mövsümündə oynayıb.