"Qəbələ" "Sumqayıt"la heç-heçə etdi

19.07.2026 21:05 13
Ölkə futbolu
Yay təlim-məşq toplanışı çərçivəsində "Qəbələ" "Sumqayıt"ın qonağı olub.

"Football-plus.az" xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin qolunu Höccət Haqverdi vurub. Qonaqların heyətində isə Akinade fərqlənib.

Xatırladaq ki, "Qəbələ" yoxlama matçı çərçivəsində daha öncə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib.

Qəbələ təmsilçisi iyulun 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə qarşılaşacaq.