“Rubin”i tərk edən futbolçulardan biri özünə yeni iş yeri tapıb.
Filip Uremoviç karyerasını İngiltərədə davam etdirəcək. Xorvat müdafiəçi “Şeffild Yunayted”lə anlaşıb. Onun İngiltərə çempionatının 2-ci divizionunda çıxış edən klubla bağladığı müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
“Şeffild Yunayted” hazırda çempionşipdə 24 komanda arasında 5-ci yeri tutur.