Millimiz çempion oldu

19.07.2026 21:48 11
Ölkə futbolu
Çimərlik futbolu üzrə millimiz Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final görüşünə çıxıb.

"Football-plus.az" xəbər verir ki, millimiz həlledici qarşılaşmada Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib. Qollları Elşad Mandafov (2), Orxan Məmmədov və Ramil Əliyev vurublar.

Bu qələbə sayəsində yığmamız EBSL-in B Liqasının qalibi olub. Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.

Milli turnir ərzində uğurlu çıxışı ilə seçilərək həm çempionluğa, həm də A Liqasına vəsiqəyə sahib çıxıb.