Əvvəlki klubuna qayıdacaq

19.07.2026 23:58 8
Dünya futbolu
“Kristal Pelas”ın qapıçısı Valter Benites “Nitsa”ya qayıtmağa yaxındı.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı futbolçu bu keçid üçün hətta 2028-ci ilə qədər qüvvədə olan müqaviləsini ləğv etməyə və maaşında güzəştə getməyə hazırdı. Onun bu qərarı verməsinə səbəb ehtiyat qapıçı statusunu daşımaq istəməməsidi.

Argentinalı qolkiper 2016-22-ci illərdə “Nitsa”nın heyətində 188 oyuna çıxıb və 54 matçda qapısını toxunulmaz saxlayıb.