Elliot Anderson İngiltərə futbolunun tarixinə düşüb.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçinin “Nottingem Forest”dən “Mançester Siti”yə keçidi İngiltərə futbolu tarixinin ən bahalı transferi olub. Transferin məbləği 135 milyon avro təşkil edib.
Əvvəlki rekord Cud Bellingemə məxsus idi. O, 2023-cü ildə “Borussiya” dan (Dortmun) “Real”a 130 milyon avroya transfer olunmuşdu. Anderson futbol tarixinin ən bahalı 5 transferinin siyahısına da daxil olub. Siyahıya Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçidi liderlik edir.
Elliot “Nyukasl”ın yetirməsidi. O, ötən mövsüm İngiltərə premier-liqasında 38 oyunda meydana çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.