"Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze

19.07.2026 22:53 12
Ölkə futbolu / Aktual
Yay təlim-məşq toplanışı çərçivəsində "Qəbələ" səfərdə "Sumqayıt"la yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, 1:1 hesablı heç-heçə ilə başa çatan matçdan sonra "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze qarşılaşma və komandanın hazırlıq durumu barədə fikirlərini bölüşüb:

“Hazırlıq plan üzrə davam edir. Bu mərhələdə yükləmələr çoxdu. Təlim-məşq toplanışının birinci mərhələsini bu gün başa vurduq. Bugünkü oyunda gördük ki, sürət bir qədər aşağıdı. Yavaş-yavaş bunun üzərində işləməliyik. Futbolçuların yanaşmasından razıyam. Ötən mövsüm ilk dəfə premyer-liqada çıxış edən yerli futbolçular xeyli artırıblar. Heyətin gücləndirilməsinə ehtiyac var və bu istiqamətdə işləri davam etdiririk. Maraqlandığımız futbolçular var, danışıqlar aparırıq”.