İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Stiven Cerrard Yunanıstan "Olimpiakos"unun baş məşqçisi təyin oluna bilər.
"Football-plus.az" xəbər verir ki, agentlər Afina təmsilçisinə 42 yaşlı mütəxəssisi təklif ediblər.
O, hazırda bu posta əsas namizəd sayılır. Cerrardın sonuncu dəfə ölkəsinin "Aston Villa" klubuna başçılıq etdiyini xatırladaq.