“Aston Villa”da gözlənilən istefa rəsmiləşib: rəhbərlik baş məşqçi Stiven Cerrardla yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, buna komandanın uğursuz çxışı səbəb olub. “Aston Villa” premyer-liqanın 12-ci turunda “Fulhem”ə 0:3 hesabıyla uduzub. Komanda hazırda turnir cədvəlində 11 oyuna 9 xalla 17-ci yeri tutur. 42 yaşlı Cerrard birmingemlilərə ötən ilin noyabrında baş məşqçi təyin olunmuşdu. Tərəflər onda 2,5 illik müqavilə imzalamışdılar. Bu isə o deməkdi ki, klub gənc mütəxəssisə müəyyən məbləğdə təzminat ödəməli olacaq.
Yerli mənbələr Cerrardın yerini tutmağa əsas namizədin Portuqaliya “Sportinq”ini çalışdıran Ruben Amorim olduğunu xəbər verir. Ona xələf ola biləcək mütəxəssislərin sırasında Tomas Frank (Brentford), Unay Emeri (Vilyarreal) və indi işsiz olan “Bernli”nin sabiq baş məşqçisi Şon Dayçın da adı hallanır.