Cerrard istefaya göndərilir?

30.08.2022 17:31 430
Dünya futbolu
Stiven Cerrard tezliklə işini itirə bilər.

Football-plus.az xəbər verir ki, İngiltərə mənbələri “Aston Villa” rəhbərliyinin onu istefaya göndərmək haqda düşündüyünü tirajlayır.

Səbəb komandanın yeni mövsümə uğursuz startı ilə bağlıdı. “Aston Villa” premyer-liqanın ilk 4 turunda 3 xal toplamaqla 15-ci yerdədi.

Cerrardın yerinə əsas namizəd kimi “Brayton”u çalışdıran Qrem Potterin adı hallanır.